Vətənə
layiqli vətəndaş
kimi tərbiyə olunuruq
Mən Bakıdakı
7 nömrəli orta məktəbin
11-ci sinif şagirdiyəm. Hərdən
fikirləşəndə ki, artıq məktəbi
bitirirəm və bir daha
şagird kimi məktəbə qədəm
qoya bilməyəcəm, bu
məni kədərləndirir. Çünki
uşaqlığımızı, gəncliyimizi həsr etdiyimiz bu doğma
ocaq bizə çox şey öyrətmiş,
gələcəkdə necə addımlamağı, vətənə,
dövlətə sadiq bir
vətəndaş kimi
yetişməyimizi
aşılamışdır. Bu gün təhsil
aldığım məktəb haqqındakı hisslərimi qələmə
almağı düşündüm və bu yazıda buna nail olmağa
çalışmışam.
İlk
dəfə 7 nömrəli məktəbə qədəm
qoyanda hiss elədim ki, bu təhsil ocağının özünəməxsus ab-havası var. Belə ki, istər
şagirdlərdə, istərsə də müəllimlərdə
xüsusi ciddilik və nizam-intizam mövcud idi. Bununla
yanaşı məktəbimizdə hər zaman birinci
şagirdi dinləmək və şagirdlərin daxilini üzə
çıxarmaq kimi məsələləri müəllimlər
diqqətdə saxlayırlar. Məktəbimizin zəngin
maddi-texniki bazası var ki, bu da bizə dərslərimizi
günün tələbləri səviyyəsində
qurmağa kömək edir. Şagirdlər siniflərdə
kompüter və proyektorlardan səmərəli istifadə
edirlər. Məktəbimiz Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir edilib və pilot məktəbdir. 2009-cu
ildə İnnovativ məktəblər layihəsinin qalibi
olmuş bu təhsil ocağı 30 ölkədən
seçilən məktəblər sırasına daxildir. Məktəbimiz
61 ölkədən olan məktəblər şəbəkəsinə
daxildir və ayda bir dəfə bu məktəblərlə
İnternet vasitəsilə əlaqə yaradırıq. Şagirdlər
bu günü səbirsizliklə gözləyirlər. Məktəbimizin
beynəlxalq əlaqələri bizi çox sevindirir. Bu
yaxınlarda Almaniyadan məktəbimizə qonaqlar gəlmişdi.
Onlar şagirdlərimizi bu ilin noyabrında Almaniyada 27 Avropa
ölkəsinin iştirakı ilə keçiriləcək
olimpiadaya dəvət etdilər. Hazırda məktəbimiz bu
olimpiadaya yüksək səviyyədə
hazırlaşır.
Son
illər ölkəmizdə aparılan geniş quruculuq işləri
və xüsusən də doğma Bakımızın gündən-günə
çiçəklənməsi hamı kimi məni də
çox sevindirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
misilsiz xidmətləri və səyi nəticəsində
respublikamız inkişaf edir, Avropa ölkələrinə
sürətlə inteqrasiya olunur. Prezidentimizin gənclərə
xüsusi diqqəti və qayğısı bizləri gələcəkdə
daha da məsuliyyətli olmağa sövq edir. Prezidentimiz cənab
İlham Əliyev çıxışlarında qeyd edir ki,
"Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar,
həm bilikli, həm də Vətənə, dövlətə
bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr
etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır".
Biz gənclər bu fikirlərdən böyük qürur hissi
duyur və vətənə layiqli vətəndaş olmaq
üçün əlimizdən gələni etməyə
çalışırıq.
Məktəbimizin
direktoru Gülnaz Mehdizadə və sinif rəhbərimiz Zinnun
Zərbəliyev ən çətin məqamlarımızda
belə bizə kömək edirlər və öz dəstəklərini
əsirgəmirlər. Biz müəllimlərimizə hörmətlə
yanaşırıq və daim çalışırıq ki,
onların rəğbətini qazanaq. Çünki müəllim
müqəddəsdir və ata-ana qədər bizlərə əzizdir.
Müəllimlərimizdən Ziyafət müəllimin, Kubra
müəllimin, Solmaz müəllimin adlarını xüsusilə
qeyd etmək istəyərdim. Çünki onlar bizə necə
şəxsiyyət olmağın sirrini dərindən öyrədiblər.
Sinif
yoldaşlarımla səmimi münasibətlərimiz var. Tural,
Nihat, Leyla, Kəmalə və Əzizlə daha çox vaxt
keçirirəm. Biz bir yerə toplaşaraq gələcək
planlarımız haqqında danışır, məktəb
xatirələrindən söhbət açır, "son zəng"
mərasimi barəsində düşünürük. Məktəbimiz
hər il "son zəng"i maraqlı keçirir. Biz bu
günü səbirsizliklə gözləyirik.
Əli ƏLİYEV,
Bakıdakı 7 nömrəli məktəbin
XI sinif şagirdi
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.9.