Akademik Abel Məhərrəmov "Avrasiyanın fəxri" medalı ilə təltif edilib

  

 Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə "Avrasiyanın fəxri" medalı və müvafiq diplomla təltif edilib. Medalı diplomu Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə adıçəkilən universitetin rektoru, professor Baxıtcan Abdraim təqdim edib. Rektor Abel Məhərrəmov ona verilən mükafata görə həmkarına və Avrasiya Milli Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlığını bildirib.

 

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.6.