Ümumtəhsil
məktəblərində "Son zəng" tədbirinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Respublikanın
ümumtəhsil məktəblərində ənənəvi
"Son zəng" tədbirinin mütəşəkkil və
səmərəli keçirilməsini təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Son zəng" tədbiri 31
may 2011-ci il tarixdə saat
10:00-dan başlayaraq üç saat müddətində
yalnız müəssisənin ərazisində keçirilsin.
2. Ümumtəhsil məktəblərində
təşkil olunan "Son zəng"
tədbirində valideyn komitələri, valideyn-müəllim
assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin
iştirakı təmin edilsin.
3. Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri "Son zəng"in məzmunlu
keçirilməsi ilə bağlı təşkilati işləri
vaxtında başa çatdırsınlar, şagirdlərin təhlükəsizliyini
təmin etmək məqsədilə zəruri tədbirlər
görsünlər, bu tədbiri məzunların həyatında
yaddaqalan əlamətdar hadisəyə çevirmək
üçün valideynlərlə
pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə
nail olsunlar.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
5. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
20 may 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.3.