Ali və orta ixtisas təhsili
müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili
və keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ali və orta ixtisas təhsili müəssisələrində
2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin
biliyinin qiymətləndirilməsində şəffaflığı
və obyektivliyi təmin etmək, yarana biləcək neqativ
halları aradan qaldırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyində "Qaynar
xətt" xidmətinin fəaliyyət göstərdiyi nəzərə
alınsın (Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri:
-
2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud
normativ sənədlər əsasında təşkil
olunmasını təmin etsinlər;
- rəhbərlik
etdikləri təhsil müəssisələrində imtahan qərargahı
yaratsınlar;
- qərargaha
daxil olan hər bir şikayət barədə nazirliyin
"Qaynar xətt" xidmətinə operativ məlumat verilməsini
təmin etsinlər;
-
imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin
gücləndirilməsini təmin etsinlər;
-
imtahanların gedişində nöqsanlara, neqativ hallara yol
vermiş şəxslərə qarşı mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə
alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində
baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət
daşıyırlar;
- yay
imtahan sessiyasının təşkili, keçirilməsi və
nəticələri barədə sessiya bitdikdən sonra 10
gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat
versinlər.
3. Təhsil Nazirliyinin
Aparatının rəhbərinə (İ.Pirməmmədov),
Ali və orta ixtisas təhsili şöbəsinə
(İ.Mustafayev) tapşırılsın:
- Təhsil
Nazirliyinin əməkdaşlarının, nazirliyin Korrupsiyaya
qarşı mübarizə üzrə işçi qrupuna
daxil olan qeyri-hökumət təşkilatlarının və
ictimaiyyət nümayəndələrinin iştirakı ilə
ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının
monitorinqinin keçirilməsini təmin etsinlər;
- ali
və orta ixtisas təhsili müəssisələrində yay
imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi
üçün tələbələr arasında anket
sorğularını təşkil etsinlər;
- yay
imtahan sessiyasına hazırlıq dövründə və
sessiya müddətində təhsil müəssisələrində
baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları
operativ araşdırsınlar və onların yol verilməsində
günahı olan şəxslər barədə tədbir
görmək üçün təkliflər
hazırlasınlar;
-
sessiyanın nəticələrini təhlil edib müvafiq
hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının
gedişi barədə kütləvi informasiya vasitələrinə
müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi"
qəzetində və nazirliyin İnternet saytında dərc
edilsin.
6. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
19 may 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.3.