Könüllərdə
yeri olan şair
Ötən
əsrdə cəmi 31 il ömür yaşamış
Mikayıl Müşfiq ədəbiyyat tariximizdə lirik və
epik poemalar, mənzum nağıl və oçerklər,
çoxsaylı lirik-fəlsəfi şeirlər, müxtəlif
dillərdən uğurlu tərcümələr müəllifi
kimi özünə əbədi yer qazanıb.
M.Müşfiq
Bakıda anadan olmuş, uşaq ikən valideynlərini
itirmiş, rus-tatar (Azərbaycan-red.) məktəbini bitirdikdən
sonra Bakı Müəllimlər Seminariyasında oxumuşdur.
1931-ci
ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu
bitirmiş M.Müşfiq Bakıdakı 18 nömrəli məktəbdə
pedaqoji fəaliyyətlə məşğul olmaqla
yanaşı, çox məhsuldar bir yaradıcılıq yolu
keçmişdir.
Bütün
varlığı və ruhu ilə həyata, bəşərə
bağlı olan şair bir insan-sənətkar kimi
yaşayıb-yaratmaq duyğu və hissini, ana məhəbbətini,
insana sevgisini "Oxu, tar!" və
müxtəlif janrlı şeirlərində böyük
coşqu və vüsətlə qələmə almışdır.
Mikayıl
Müşfiq "Sus, tar, sus, tar! Proletar istəmir səndə
çalınsın "
"Könül",
"Küsmərəm", "Qurban olduğum",
"Maralım", "Söylə",
"Düşdü", "Ürək",
"Qurban" və s. lirik şeirləri, bu gün dillər
əzbəri olan, repertuardan düşməyən
mahnıları ilə yaşayan M.Müşfiq irsi ümumtəhsil
və ali məktəblərdə böyük şövqlə
tədris olunur, öyrədilir.
Bakı
Dövlət Universiteti nəzdində fəaliyyət göstərən
"Gənc istedadlar" liseyində mayın 21-də
keçirilmiş ədəbi-bədii tədbir şairin
irsinin təbliği baxımından maraqlı və faydalı
oldu. Lisey kitabxanasının müdiri Mailə Məmmədovanın
təşkilatçılığı ilə keçirilən
tədbiri giriş sözü ilə liseyin direktoru, professor
Qasım Hüseynov açdı, Mikayıl Müşfiqin tərcüməçilik
bacarığı və şairlik qüdrəti haqqında
danışdı.
Aparıcı Aydan İsgəndərzadə
ssenari üzrə M.Müşfiqin qısa, fəqət
yaradıcılıq uğurları ilə zəngin həyat
yolu, şeirlərinin mövzu rəngarəngliyi haqqında
yığcam, maraqlı məlumat verdi. Liseyin şagirdlərinin
ifasında "Həyat sevgisi", "Ana", "Qurban
olduğum", "Oxu, tar!", "Yenə o bağ
olaydı", "Bəxtiyar", "Sənin
gülüşlərin" şeirləri səsləndirildi.
Şagird
Fuad Həsənovun tarda çaldığı musiqi nümunələri
valideyn və şagirdlərin iştirak etdikləri tədbiri
bədii-estetik cəhətdən daha da rövnəqləndirdi.
Ədəbi-bədii
tədbirin sonunda məktəbin müəllimləri Yaqut
Hüseynova və pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov
çıxış edərək M.Müşfiqin tərcümeyi-halı,
ayrı-ayrı şeirlərinin ideya-məzmunu, ədəbi
irsinin tarixi-mədəni dəyəri, tədqiqatçıları
barədə yığcam söhbət açdılar.
Qüdrətli
şairin anadan olmasının 103 illik ildönümünə
həsr olunmuş ədəbi-bədii axşam bədii mədəniyyətimizə
maraq və məhəbbət tərbiyə edən tədbir
kimi faydalı oldu.
A.MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2011.-
27 may.- S.14.