Ən
yaxşı müəllim
Fəal təlimi
son illər ölkəmizdə böyük
vüsətlə həyata
keçirilən islahatların ən uğurlu
nəticələrindən biri saymaq olar.
Sevindirici haldır ki, hazırda
ümumtəhsil məktəblərində
çalışan müəllimlərin əksəriyyəti
öz fəaliyyətində
fəal təlimə geniş
yer verir, dərslərini
müasir dərsə
verilən tələblər əsasında
qurmaq üçün
yaradıcılıq axtarışları
aparır, təlimə innovativ yanaşmalardan bəhrələnir,
İKT vasitələrinin tətbiqinə
çalışır. Bunu möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə
son illər ölkəmizdə keçirilən "Ən
yaxşı müəllim" müsabiqələrinin seçim turlarında ayrı-ayrı müəllimlərin öz fəaliyyətləri
haqqında etdikləri təqdimatlar da aydın göstərir.
Belə müəllimlərdən biri Bakıdakı 238 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Səkinə İsmayılovadır.
Cari tədris ilində "Ən
yaxşı müəllim" müsabiqəsinə qoşulmuş və əvvəlki turlardan uğurla keçmiş
S.İsmayılovanın bu günlərdə
müsabiqənin son turunda öz fəaliyyəti
haqqında etdiyi təqdimata
müsabiqənin münsiflər heyətinin
üzvləri, sözün əsl mənasında, heyran
qalmışlar.
Oxucularımız üçün də maraqlı
olacağını nəzərə alıb həmin təqdimatı
aşağıda dərc edirik.
İsmayılova Səkinə Əli
qızı 1966-cı ildə Ermənistan SSR Masis rayonunun Rəncbər
kəndində anadan olub. İlk təhsilini Rəncbər kənd
orta məktəbində alıb. Orta məktəbi bitirdikdən
sonra Naxçıvan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsinə daxil
olaraq burada ibtidai sinif müəllimi ixtisasına yiyələnib.
Təyinatla Saatlı rayonunun
Qıraqlı kənd orta məktəbində müəllim
işləyib. 1989-cu ildən Bakıdakı 238 nömrəli
tam orta məktəbdə çalışır.
- Təqdimatıma Aristotelin belə
bir kəlamı ilə başlamaq istəyirəm: "Mükəmməlliyin
açarı təhsildir". Hər bir fəlsəfi
baxış kurikulumun xüsusiyyətlərini dəyişdirən
fərqli dəyərləri əks etdirir. Məlum olduğu
kimi, ənənəvi təhsil fəlsəfəsinə
görə, təhsilin məqsədi şagirdlərə
biliklərin əsaslarını öyrətməkdir. Təlim
zamanı fənn üzrə biliklər daha da genişləndirilir.
Müəllim böyüklər dünyası ilə
uşaqlar aləmi arasında əlaqələndirici rol
oynayır. Şagird isə bilik və bacarıqların
daşıyıcısıdır və onlardan yeri gələndə
istifadə edə bilər.
Bu təhsil
fəlsəfəsinin tətbiqi məni təlimdə bəzi
müvəffəqiyyətsizliklərə gətirib
çıxarırdı. Belə ki, dərslərimin keyfiyyəti
nəticələr üzərində yox, yaddaşda qalan
biliklə ölçülürdü. Bilikləri şagirdlərə
hazır şəkildə verirdim. Geniş və yorucu izahatlar
dərsimdə geniş yer tuturdu. Mövzu ətrafında
informasiya azlığı var
idi. Şagirdlər biliklərini praktikada tətbiq edə
bilmirdilər. Sərbəstlik çox az idi. Şagirdə
öz bacarığını göstərməyə az vaxt
verirdim. Texniki avadanlıq yox idi. Bəzən qiymətləndirmə
nisbi xarakter daşıyırdı.
Müvəffəqiyyətsiz
olmaqdan qorxmayın. Unutmayın, edə biləcəyiniz
şeyləri etməyə başlarsınızsa,
özünüzü belə təəccübləndirəcək
nəticələrə çata bilərsiniz. "Məqsədi
olmayanın varlığına şübhə edərdim"
(Mövlana).
"İnsan
bir şeyi ciddi olaraq istəsin; heç bir şey əlçatmayacaq
qədər yüksəkdə deyildir" (Anderson).
Bu kəlamlar,
habelə "nə etməli", "təhsil fəlsəfəmi
necə dəyişməli" sualları üzərində
düşüncələr məni fəal təlim sahəsində
axtarışlara istiqamətləndirdi. İnteraktiv təlim
metodları üzrə təlim (2003), İKT üzrə təlim
(2007), Milli Kurikulum-ibtidai siniflərdə kurikulumların tətbiqi
(2009), İnternet texnologiyalarından tədris prosesində istifadə
qaydaları (2010), "İntel-gələcək
üçün təhsil" (2010) kurslarında
iştirakım məni uğura aparan yollara
çıxardı. Nəhayət, müvəffəqiyyət əldə
etməyimin səbəbi olan proqressivizm müasir təhsil fəlsəfəsinə
yiyələndim. Bu təhsil fəlsəfəsinə görə,
təhsilin məqsədi şagirdin daimi inkişafını təmin
etməkdir. Təlimdə şagirdlər problemin həllinə
əsaslanan layihələrə cəlb edilir. Müəllim
istiqamətləndirici və dəstəkləyicidir. Şagird
təcrübə aparandır.
Proqressivizm
müasir təhsil fəlsəfəsinə əsaslanan Milli
Kurikulum və fənn kurikulumlarının tətbiqi bilik və
fəaliyyətdən ibarətdir. Bilik, fəal interaktik təlim
isə real həyat bacarıqları verməklə müasir təfəkkürə
malik şəxsiyyətlər yetişdirir. Milli Kurikulum və
fənn kurikulumlarının tətbiqi mənim
uğurlarımın açarı oldu.
Uğurlarımın
üç açarını qeyd etməyi lazım bilirəm.
Bunlar aşağıdakılardır:
1.Uğura
inanmaq. Edə biləcəyinə inan: O zaman
ağlınız uğurun yolunu tapacaq.
2. Məqbul
bir hədəf təyin etmək. Hədəflər
düşüncələrin dəqiqləşməsinə,
vaxtdan istifadə edəcəklərindən səmərəli
istifadəyə kömək edir.
3.Sistemli
çalışmaq. Plan qurmaq. Nəyi və nə vaxt, necə
və harada, nə qədər
çalışacağını əvvəldən təyin
etmək.
Bu
gün mən fəal/interaktiv təlimin tətbiqi nəticəsində
real həyati bacarıqlar formalaşdırmaq üçün
şagirdləri anlayaraq, onların ehtiyac və maraqlarına
uyğun təhsil mühiti yaradaraq, fərdi xüsusiyyətlərini
nəzərə alaraq hər bir şagirdlə tək-tək
maraqlanıram. Sinifdə demokratik bir mühit yaradıram.
Məlumatları
özüm verməkdən çox, uşaqları öyrənməyə
və araşdırmağa yönəldirəm. Zəif
şagirdlərə diqqəti artıraraq ən kiçik bir
müvəffəqiyyətlərinə görə onları rəğbətləndirirəm.
Şagirdlərin zəif olması səbəblərini
araşdırır, valideynlərlə söhbətlər
aparıram. Sinif yarışmaları təşkil edirəm. Şagirdlərdə
öz-özlərinə nəzarətetmə qabiliyyətlərini
inkişaf etdirirəm. Şagirdləri düşündürərək
öyrənməyi öyrədirəm. Onları tez-tez muzeylərə,
tarixi yerlərə gəzintilərə aparıram.
Dərslərdə
oyunlardan istifadə edirəm. Şagirdlərlə layihələr
həyata keçirirəm. Bunun da nəticəsində onlarda
dinləyib anlama və bunlara münasibət bildirmə, məntiqi
düşünmə, riyazi əlaqələri isbat etmə,
riyazi mühakimələr etmə, vizual düşünmə,
obyektlərin xüsusiyyətlərini şəkil və
qrafiklərlə göstərmə, hiss və
duyğularının ifadəsində musiqidən bir vasitə kimi istifadə
etmə duyğularını rollu oyunlar, rəqs və idmanla
ifadə etmə, digər insanlarla ünsiyyət qurmaq,
onları anlamaq və münasibət bildirmək, fərdin
özünü duyması və anlaması, özünü
ifadə etməsi, şəxsiyyətinə hörmət bəsləməsi,
bitkiləri, mineralları, heyvanları, dünyanı,
dağları, dənizləri və sairəni tanımaq, təsvir
etmək bacarıqları formalaşır.
Azərbaycan
Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamına
əsasən, "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" qəbul olundu. Bu
proqramın nəticəsi olaraq və elmi-texniki tərəqqinin
həyatımızın bütün sahələrini əhatə
etdiyi bir dövrdə tədris etdiyim fənlərin keyfiyyətini
artırmaq məqsədilə İKT-nin bütün
imkanlarından istifadə edirəm. İKT-nin tətbiqi təlim
prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm
də bilikləri praktik şəkildə tətbiq etməyə
sövq edir.
Şagirdlərim
interaktiv lövhədə sərbəst
çalışır və kompüterin bütün
imkanlarından istifadə edirlər. Hazırladığım
dərs nümunəsi Təhsil Problemləri İnstitutunun
Kurikulum Mərkəzi tərəfindən bəyənilmiş
və yayılması tövsiyə olunmuş, eyni zamanda
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
19 may 2010-cu ildə Heydər Əliyev adına Əl
Oyunları Sarayında keçirilən "Təhsil, zaman və
biz" sərgisində nümayiş etdirilmişdir.
"Zamanın
tələbi-fənn kurikulumlarının tətbiqi"
adlı dərs-konfransda verdiyim dərs yüksək qiymətləndirilmiş
və kurikulum.az saytında yerləşdirilməsi tövsiyə
olunmuşdur.
Topladığım
bilik və təcrübəyə əsaslanaraq "Fəal təlim
vasitəsilə şagirdlərdə həyati
bacarıqların formalaşdırılması" adlı
metodik tövsiyənin müəlliflərindən biriyəm.
Nə
öyrədirsiniz, öyrədin, amma onu gözəl öyrədin!
Bu gün şagirdlərim nümayiş etdirir, tədqiqat
aparır, kompüterdən istifadə edir və sərbəst
fikir söyləyirlər.
Şagirdlərin
yaradıcılıq qabiliyyətini inkişaf etdirmək
üçün müxtəlif üsullardan istifadə etmək
vacibdir. Bu baxımdan sinifdənxaric və məktəbdənkənar
tədbirlərin rolu əvəzsizdir. Tədris prosesinin sinifdənxaric
tədbirlərlə əlaqələndirilməsi hər bir
şagirdin fərdi qabiliyyətini, istedadını və
yaradıcılığını əhəmiyyətli dərəcədə
dəyişir və dünyagörüşünü
formalaşdırır. Məsələn, "Vətəni
sevməyi biz sizdən öyrəndik, əziz Heydər
babamız", "Rənglər dünyasına səyahət
edək", "Milli rəqslərimizi sevək",
"Milli adət-ənənələrimizi yaşadaq",
"Əgər prezident olsam...", "Tarixi şəxsiyyətləri
öyrənək", "Xeyriyyəçilərin yolu ilə",
"Tariximizin daş yaddaşı" , "Dahi şairimiz Səməd Vurğunun
ev-muzeyi ilə tanışlıq" və Abdulla Şaiqin
130 illik yubileyinin keçirilməsi və s. layihələr
belə tədbirlərdəndir.
İş
təcrübəmlə bağlı mətbuatda müxtəlif
yazılarım dərc olunub. Belə ki, "Təhsil problemləri"
qəzetində "Təhsildə inkişaf yolları" və
"Tədris prosesində didaktik oyunların tətbiqinin əhəmiyyəti"
adlı məqalələrlə, "Məktəbəqədər
və ibtidai təhsil" jurnalında dərs nümunəsi
ilə çıxış etmişəm. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən fəxri
fərmanlarla təltif olunmuşam.
Arzum
"Elektron məktəb", "Müəllim mənbələri
mərkəzi", "Elektron kitabxana" layihələrində
iştirak etməkdir.
Təqdimatımı
Arximedin belə bir kəlamı ilə bitirmək istəyirəm
"Mənə dayaq nöqtəsi verin, yeri tərpədim".
Ulu
öndərimiz Heydər Əliyevin "Müəllimlik
dünyada ən çətin, eyni zamanda ən şərəfli
və ən gözəl bir peşədir" deməsi, möhtərəm
Prezidentimizin məlum fərmanı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun
yeni məktəb və bağçalar tikdirməsi, təmir
etdirməsi və onların yeni avadanlıqlarla təchizi, bu
gün isə cənab nazirin və hörmətli münsiflər
heyətinin məni diqqətlə dinləməsi biz müəllimlərin
gələcəkdə daha böyük uğurlar əldə
etməsi üçün bir stimuldur.
Hazırladı: Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.8.