Dövlət
bayrağımız milli qürurumuzdur
Noyabrın 1-də Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda Dövlət Bayrağı Gününə həsr
edilmiş "Dövlət bayrağımız - milli
qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı
giriş sözü ilə institutun rektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf Zamanov açaraq qarşıdan gələn
Qurban bayramı, 9 Noyabr Dövlət Bayrağı Günü
və 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir
iştirakçılarını təbrik etdi.
Rektor
bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycanın öz
müstəqilliyini elan etməsi ilə Şərqdə ilk
demokratik dövlətin əsası qoyuldu. Bu, uzun sürən
bir mübarizənin məntiqi nəticəsi idi. Tezliklə Azərbaycan
Xalq Cümhuriyyəti demokratik islahatlara başladı. Azərbaycanın
üçrəngli bayrağı, gerbi, dövlət himni qəbul
olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay
yaşadı. İkinci dəfə Azərbaycanın dövlət
bayrağı ümummilli lider Heydər Əliyev tərəfindən
Naxçıvanda qaldırıldı. Düz 70 il sonra ikinci dəfə
Azərbaycan bayrağı dalğalandı. Bu gün Azərbaycanın
müstəqilliyinin bərpa olunmasının 20 illiyi silsilə
tədbirlər şəklində həm ölkəmizdə,
həm də xaricdə yüksək səviyyədə qeyd
olunur.
Müstəqillik
illərində Azərbaycanın inkişafından söz açan Asəf Zamanov bildirdi ki, dövlətimiz həm iqtisadi,
həm də siyasi baxımdan böyük uğurlara imza
atmışdır. Son illər ərzində
Azərbaycanda 2161 məktəb
binası tikilərək istifadəyə verilib.
Moskva
Dövlət Universitetinin rektoru,
akademik V.Sadovniçinin
Bakı Dövlət Universitetinin 90 illik yubileyində vurğuladığı kimi, Azərbaycanda son illərdə təhsil sisteminin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində görülən işlərin dünyada analoqu yoxdur. Natiq dünyanın 70-dən çox
aparıcı ölkəsində fəaliyyət göstərən
səfirliklərin binalarının üzərində dalğalanan dövlət
bayrağımızın hər bir azərbaycanlı
üçün çox
böyük qürur
mənbəyi olduğunu qeyd
etdi. Sevindirici haldır ki, "əsrə bərabər
20 il"də Azərbaycan böyük inkişaf yolu keçərək
bu günlərdə Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib və
dünyanın qərar qəbul edən 15 ölkəsi sırasında özünə layiqli
yer tutub. Əldə olunan
nailiyyətlər ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu və hazırda onun
layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
İlham Əliyevin uğurla
apardığı böyük siyasətin
məntiqi nəticəsidir.
Tədbirdə
"Dövlət bayrağımız - dövlətçiliyimiz"
məruzəsi ilə çıxış edən Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri, Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü
Eldar İbrahimov ilk dəfə
1918-ci ildə qaldırılan dövlət
bayrağımızın ikinci dəfə
1990-cı il noyabrın 17-də
Naxçıvanda Ali Sovetin
sessiyasında ümummilli lider
Heydər Əliyev tərəfindən
qaldırıldığı tarixi şəraiti
xatırlatdı. "Bayrağımız 21 ildir
ki, Azərbaycan üzərində
dalğalanır. Bu bizi
əbədi və dönməz müstəqilliyimizə aparan yoldur. Bu gün uca zirvədə -
162 metr hündürlükdə dalğalanan bayrağımız yenilməzdir.
Bizim qürur yerimiz olan dövlət
atributlarından biri də Azərbaycan bayrağıdır. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bizim
qürur mənbəyimizdir. Biz fəxr edirik ki, belə bir dövlətdə
yaşayırıq. Azərbaycan yüksək sürətlə
inkişaf edərək dünya
dövlətlərinin əksəriyyətini ötüb
keçmişdir".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
"İki sahil"
qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə çıxış edərək qeyd etdi ki,
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin suverenliyinin rəmzidir. İkinci dəfə ümummilli
lider Heydər Əliyevin Azərbaycan
bayrağını Naxçıvanda qaldırdığını bir
daha xatırladan V.Rəhimzadə bildirdi ki, Azərbaycan
bayrağı hər dəfə dünya
ölkələrində dalğalanaraq
dövlətimizin qüdrətindən xəbər verir. Gerbimiz,
bayrağımız, dövlət himnimiz
hər bir azərbaycanlının qürur mənbəyidir. O, Dövlət
Bayrağı Günü münasibətilə
tədbir iştirakçılarını təbrik edərək
onlara uğurlar
arzuladı.
Konfransda məruzələr ətrafında
çıxışlar oldu. Yeni Azərbaycan Partiyası sıralarına
yenicə daxil olan bir neçə gəncə partiya
biletləri təqdim edildi.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.4.