Professor Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərlər"inin təqdimatı olub

 

Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində çağdaş pedaqoji elmimizin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayevin yenicə çapdan çıxmış ikicildlik "Seçilmiş pedaqoji əsərlər"inin təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış pedaqoq alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, Ə.Ağayevin ailə üzvləri, KİV təmsilçiləri iştirak edirdilər. Tədbiri professor Ə.Ağayev açaraq mərasim iştirakçılarını salamladı, dəvətini qəbul edib gəldikləri üçün onlara minnətdarlığını bildirdi.

 

"Seçilmiş pedaqoji əsərlər"inin ikicildliyini təqdim edən Ə.Ağayev hər iki cildin məhdud sayda çap olunduğunu, satış üçün deyil, mütəxəssislər və kitabxanalar üçün nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Tədbirin aparıcısı, BDU-nun professoru Şahlar Əsgərov təqdimat mərasimini pedaqoji ictimaiyyətimiz üçün mühüm hadisə adlandıraraq ikicildlik haqqında qısa məlumat verdi. Bildirildi ki, kitabın birinci cildi Azərbaycan, ikinci cildi isə rus dilindədir. Hər iki cilddə müəllifin təhsil, təlim, tərbiyə tarixi nəzəriyyəsinə, müasir şəraitdə təhsilin pedaqogika elminin inkişaf etdirilməsi məsələlərinə dair məqalələri, müsahibələri, publisistik əsərləri yer almışdır. Əsərlərdə Əjdər Ağayevin elmi-pedaqoji yaradıcılığının bütün dövrləri əhatə olunsa da, təhsil, təlim, tərbiyə məsələlərinə aid məqalələrin demək olar ki, hamısı Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonrakı dövrün problemlərini əks etdirir. Bu məqalələrin hər birində yeniləşən cəmiyyətin, yeni iqtisadi-siyasi quruluşun, müasir təhsil-təlim texnologiyalarının tələbləri nəzərə alınır, problemlər qaldırılır onların həlli yolları göstərilir. Hər iki kitab ardıcıl olaraq izlənildikdə Azərbaycan təhsilinin inkişaf meyilləri, eləcə inkişafa təsir göstərən tarixi amillər, qlobal tendensiyalar, Əjdər Ağayev yaradıcılığına xas olan tarixilik, varislik müasirlik mövqeyindən yanaşma göz önündə canlanır.

"Seçilmiş pedaqoji əsərlər"in Azərbaycan dilində olan birinci cildinin tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Afiq Əliyev, redaktoru pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənov, rəyçilər pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov pedaqoji elmlər doktoru, Rusiya Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədovdur. "Pedaqoqiçeskiye razdumya" adlanan ikinci cildin tərtibçiləri Nəcabət Ağazadə Nərmin Hüseynova, redaktoru pedaqoji elmlər doktoru, professor, Gürcüstan Təhsil Akademiyasının akademiki Əmrulla Paşayev, rəyçilər Rusiya Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədov, "Azerbaydjanskiye izvestiya" qəzetinin aparıcı məsləhətçisi İradə Ağayeva, Azərbaycan Respublikasının əməkdar jurnalisti Zeydulla Capparovdur.

Ş.Əsgərov daha sonra professor Əjdər Ağayevin çoxşaxəli elmi-publisistik bədii yaradıcılığından söz açıb, onun istedadlı, məhsuldar, obyektiv pedaqoq-tədqiqatçı olmaqla yanaşı, jurnalist, yazıçı, şair, natiq, fəal ictimai xadim kimi tanındığını cəmiyyətdə böyük nüfuz qazandığını söylədi. Ə.Ağayevi bütöv şəxsiyyət kimi səciyyələndirdi.

Təqdimat mərasimində söz alan Qızlar Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov, BDU-nun pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Nübar Muxtarova, BDU-nun sosial elmlər psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, Azərbaycan Respublikasının əməkdar müəllimi Aliyə Təhmasib, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov, şair-dramaturq tədqiqatçı Teyyub Qurban, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, respublikanın əməkdar müəllimi Arif Muradov Ə.Ağayevin iki cilddə çap olunmuş "Seçilmiş pedaqoji əsərlər"ini yüksək qiymətləndirib, onun quruculuq yolunda olan milli təhsilimizə böyük töhfə olduğunu vurğuladılar, hər iki cilddə toplanmış əsərlərin məziyyətlərindən danışdılar, bu sanballı kitabları münasibəti ilə Ə.Ağayevi təbrik etdilər.

Çıxışlarda professor Ə.Ağayevin elmi-tədqiqatçılıq fəaliyyətindən, pedaqogika elmimizə gətirdiyi yeniliklərdən söz açıldı, onun tarixi mövzuda yazdığı bütün əsərlərində apardığı araşdırmaları müasir müstəviyə gətirdiyi, analitik pedaqoji üslub yaratdığı, bütün pedaqoji problemlərə yanaşmada obyektiv mövqe nümayiş etdirdiyi, elmi əsərlərinin dilinin sadə, xəlqi olduğu, çox az pedaqoqa nəsib olan xeyli sayda alim yetişdirdiyi diqqətə çatdırıldı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 4 noyabr.- S.7.