Azərbaycanlı alimin yeni uğuru
Harvard Universitetinin Dövlət İdarəçiliyi
fakültəsinin Xəzər Araşdırmalar Mərkəzinin
qərarı ilə Azərbaycan Dillər Universitetinin 1 nömrəli ingilis dili fakültəsinin
dekanı, professor Əfqan Abdullayevin adı mərkəzin
"Ən çox inkişaf edən məzun" adlı universitet lövhəsində
yazılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dillər
Universitetinin 1 nömrəli ingilis dili fakültəsinin
dekanı, professor Əfqan Abdullayev 2002-ci ildə Penzoil və
Exon Mobile firmalarının maliyyə dəstəyi ilə
Harvard Universitetində idarəetmə üzrə təhsil
alıb. Əməkdaşımızla söhbətində Ə.Abdullayev
bildirmişdir ki, universitet 1636-cı ildə Con Harvard tərəfindən
Bostonda təsis edilib. Büdcəsi 32 milyard dollardır.
Universitetin 2500 əməkdaşı
var. Tələbələrin sayı isə 21 min 400 nəfərdir.
Bunların 7200-ü bakalavr,
14200-ü isə magistrdir.
Kitabxana fondunda 16 milyon kitab var. Hazırda
universitet 375 illiyini qeyd edir.
Xəzər Araşdırmalar Mərkəzi
Harvard Universitetinin Dövlət İdarəçilik
fakültəsinin nəzdində fəaliyyət göstərir.
Mərkəz əsasən Xəzər regionu üzrə
xüsusilə Azərbaycana aid araşdırmalar aparır.
Regionlardan, o cümlədən Azərbaycandan tələbələr
mərkəzə dəvət edilir. Xəzər regionu ilə
ən çox təmasda olan professor Brenda Şafferdir.
Universitetə yerlərdən tələb olunan sayda təqdimatlar olur. Ancaq
son 10 il ərzində həmin mərkəzin məzunları
arasında ən çox inkişaf edən kimlər olub, bu məsələdə
seçimi universitet özü edir. Nəticədə məlum
olur ki, azərbaycanlı bir alimin reytinqi daha çoxdur və qərara gəlirlər ki, professor Ə.Abdullayevin adı kitaba yazılsın.
Biz də azərbaycanlı alimin bu sevincinə qoşularaq ona daha yeni uğurlar
arzulayırıq.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 4 noyabr.- S.7.