Ədəbiyyat fənni kurikulumu təlimə innovativ
yanaşma nümunəsidir
Son illər təhsil sahəsində
aparılan məqsədyönlü, planauyğun
və davamlı islahatlar ümumi
təhsilin məzmununu da əhatə etmiş, onun yeniləşdirilməsi
istiqamətində mühüm addımlar
atılmışdır. Nəticədə ümumi təhsilin məzmununa müasir
yanaşmanın, dövrün məktəbin,
burada həyata keçirilən təlim-tərbiyə
prosesinin qarşısında qoyduğu yeni tələblərin
məhsulu olaraq fənn kurikulumları
hazırlanmış və Təhsil Nazirliyi
tərəfindən bu ilin
iyununda təsdiq olunmuşdur.
Yaxın illərdə digər fənlər kimi
ədəbiyyat da yeni
kurikulumla tədris olunacaqdır. Bəs ümumtəhsil məktəblərində ədəbiyyat
fənninin məqsəd və vəzifələrini,
ayrı-ayrı təlim pillələri üzrə məzmun xətlərini
və standartlarını, onların
reallaşdırılması üçün
fəaliyyət istiqamətlərini özündə əks
etdirən bu konseptual
sənədin əvvəlki ədəbiyyat
proqramlarından nə kimi
üstünlükləri vardır? Yeni kurikulumla tədris bizə nə verəcək?
Bu fənnin tədrisi sahəsində
müəyyən təcrübəsi olan, yeni ədəbiyyat
kurikulumunun layihəsi mətbuatda dərc olunduğu vaxtdan onu
dərindən öyrənən
bir ədəbiyyat müəllimi kimi mənim fikrimcə,
yeni sənəd, ilk növbədə, ədəbiyyatın tədrisi
keyfiyyətini yüksəldəcək, onun təkcə ədəbiyyat
tarixi, ədəbi proses və ədiblər haqqında bilgi
verən fənn kimi deyil, şəxsiyyətin tərbiyəsində,
böyüməkdə olan nəsillərə milli mənəvi
dəyərlərin aşılanmasında, şagirdlərdə
ədəbi yaradıcılığa meyil və
marağın oyadılmasında, bu sahədəki istedad və
qabiliyyətlərinin üzə çıxarılıb
inkişaf etdirilməsində rolunu yüksəldəcəkdir.
Belə ki, kurikulum şagirdlərin ədəbi təhsili, tərbiyəsi
və inkişafı üçün optimal şəraitin
yaradılmasını nəzərdə tutur. Kurikulumun bir
üstün cəhəti də budur ki, burada həm ümumi,
həm də tam orta təhsil pillələrində fənnin məzmun
xətləri və standartlar, şagird
bacarıqlarının inkişaf istiqamətləri bir-biri ilə
əlaqəli və dəqiq verilmişdir.
Sənəddə habelə təlim nəticələri
konkretləşdirilməklə fəndaxili və fənlərarası
inteqrasiya, tədrisə verilən tələblər, təlimin
təşkilinin forma və üsulları haqqında tövsiyələr
öz əksini tapmışdır.
Ədəbiyyat fənni kurikulumu
hazırda təhsilimizin istinad etdiyi tələbyönumlulük,
nəticəyönümlülük,
şagirdyönümlülük, inteqrativlik kimi ümumi
prinsiplərə tam cavab verir.
Kurikulumun əvvəlki ədəbiyyat
proqramlarından bir üstünlüyu də burada ümumi
orta təhsilin icbariliyi əsas götürülərək
ümumi təhsilin son iki pilləsinin hər biri üzrə ədəbiyyatın
tədrisinin bitkin kurs kimi nəzərdə tutulmasıdır.
Belə ki, ümumi orta təhsil səviyyəsi
üçün nəzərdə tutulmuş "İncəsənətin
bir növü kimi söz sənətinin - şifahi və
yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti
olması, həyati, taleyüklü məsələləri
özünəməxsus bədii vasitələrlə əks
etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür
yaradılır" və s. vəzifələr tam orta təhsil
səviyyəsinə də aid olmaqla bu pillədə daha da
inkişaf etdirilir. Azərbaycan ədəbiyyatının
çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və
əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının
görkəmli ədəbi simalarının
yaradıcılığından nümunələr hər
iki təhsil səviyyəsində
tarixi-xronoloji ardıcıllıqla öyrədilir. Ümumi
orta təhsil səviyyəsində ədəbiyyat nəzəriyyəsinə
dair verilən materiallar sonrakı pillədə daha da
genişləndirilir. Burada fərqli nüanslar isə ondan ibarətdir
ki, ümumi orta təhsil pilləsində şagirdlərdə
söz sənətinə həssas, bədii-emosional münasibət
formalaşdırılır, təhlil, dəyərləndirmə,
fikirlərini şifahi və yazılı çatdırmaq
bacarığı inkişaf etdirilirsə, tam orta təhsil
pilləsində şagirdlərin ədəbi-bədii, tənqidi
təfəkkürünün formalaşması təmin olunur.
Yeni ədəbiyyat fənni kurikulumunun əvvəlki
fənn proqramlarından bir mühüm
üstünlüyü də burada fənnin təlimi nəticələrinin
öz əksini tapmasıdır. Yeni sənəddə bu
baxımdan hər bir təhsil səviyyəsi üzrə
ümumi təlim nəticələrinin və hər bir məzmun
xətti üzrə təlim nəticələrinin aydın
müəyyənləşdirilməsi çox müsbət
haldır və müəllimə fəaliyyətinin son nəticələrini
irəlicədən görməyə imkan verir.
Bütün bu üstünlüklərə
görə biz ədəbiyyat müəllimləri yeni
kurikulumlarla tədrisə başlayacağımız
günü səbirsizliklə gözləyirik.
Şəhla
FƏTTAH-PUR
Azərbaycan müəllimi.- 2011.- 4 noyabr.- S.10.