Bakıda IV Beynəlxalq Təhsil
Sərgisi açılıb
Noyabrın
5-də "Kaspi" Təhsil Mərkəzinin
təşəbbüsü ilə Azərbaycanda IV Beynəlxalq
Təhsil Sərgisi açılmışdır.
AzərTAc
xəbər verir ki,
"Kaspi" Təhsil
Şurasının sədri Sona Vəliyevanın,
gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov
çıxış etmişdir. Təhsil
nazirinin müavini bildirmişdir ki, sərgidə
dünyanın 50-yə yaxın təhsil müəssisəsindən
15 təmsilçi iştirak edir. O qeyd etmişdir
ki, sərgidə Böyük
Britaniya, Kanada,
Türkiyə, Polşa, Ukrayna, Litva və
Rusiyanın müxtəlif
universitetləri, təhsil müəssisələri təmsil
olunurlar.
Sərginin keçirilməsində məqsəd xarici təhsil
müəssisələrinin nümayəndələri ilə
tələbələr arasında ünsiyyət yaratmaqdan ibarətdir.
Nazir müavini
qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində bu il də daxil
olmaqla 1200-dək gənc xaricdə təhsil
almağa göndərilmişdir.
Sonra iştirakçılar sərgi
ilə tanış olmuşlar. Sərgidə dünyanın qabaqcıl ölkələrinin
bir çox nüfuzlu xarici təhsil
müəssisələri barədə soraq
kitabları, bukletlər və s. nümayiş etdirilmiş,
ekspertlər tərəfindən qəbul şərtləri, təhsil
proqramları barədə məlumat verilmişdir.
Azərbaycan müəllimi.- 2011.- 11 noyabr.- S.2.