Şahmat
turnirinin açılışı olub
Noyabrın
9-da "Təhsil" Respublika İdman Mərkəzinin Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbində Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat
turnirinin açılış mərasimi
keçirildi.
Mərasimi
giriş sözü
ilə "Təhsil" Respublika İdman Mərkəzinin direktoru
Cəfər Hümbətov açaraq
dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümünün
respublikanın hər yerində təntənə ilə qeyd olunduğunu diqqətə
çatdırdı. Bildirdi ki, bu bayram
münasibəti
ilə bütün təhsil ocaqlarında
mütəmadi olaraq tədbirlər keçirilib. "Təhsil" Respublika İdman Mərkəzində
də müstəqilliyimizə həsr olunmuş
bir sıra idman
yarışları təşkil olunub. Bu gün isə Təhsil Nazirliyinin
rəhbərliyi ilə məktəbli
şahmatçıların birinciliyi keçirilir.
Tədbirdə
təhsil nazirinin müavini
Qulu Novruzov
çıxış edərək şahmat
turnirinin açılışı münasibəti ilə gənc
şahmatçıları, məşqçiləri, müəllimləri
və tədbirin digər iştirakçılarını təbrik
etdi. Qeyd etdi ki, bu
gün gənc şahmatçıları
burada görmək çox
sevindirici haldır. Şahmat
turnirinin Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunması çox
təqdirəlayiqdir. Ölkəmizdə şahmatın inkişaf tarixinə nəzər
saldıqda son
20 il ərzində bu müdrik oyunun
inkişafı yolunda
çox ciddi
addımların atıldığının şahidi
olmuş olarıq. Xüsusilə Azərbaycanda
şahmat məktəblərinin, şahmata cəlb
olunan şagirdlərin sayının
artması və şahmatda olan uğurlar, ölkəmizin
idman ölkəsi kimi
tanınması çox sevindiricidir.
Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası Prezidentinin
iştirakı ilə son illər 10-dan
artıq şahmat məktəbinin
açılışı olmuşdur. Azərbaycanda
bu gün geniş şahmat məktəbləri
şəbəkəsi yaranmışdır. 2009-cu ildən
2014-cü ilə qədər Azərbaycanda şahmatın inkişaf proqramı həyata keçirilməkdədir.
Proqramda
şahmatın inkişafı və kütləviliyinin təmin
olunması hədəf götürülmüşdür. Bu gün çoxlu sayda turnirlər keçirilir,
qaliblər mükafatlandırılır. Hər yeni tədbirdə biz
şahmatın daha kütləvi xarakter, turnirlərin daha geniş miqyas aldığını görürük.
Hazırda respublikanın 42 rayon və
şəhərindən 350-yə yaxın şahmatçı
bu turnirə cəlb olunmuşdur.
Q.Novruzov gənc
şahmatçılara uğurlar
arzuladı.
Dövlət
himni səsləndirildi. Nazir
müavini şahmat məktəbi
ilə yaxından tanış oldu,
şahmatçılarla söhbət etdi.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 11 noyabr.- S.2.