Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Abbas Zamanovun  100 illik  yubileyinin keçirilməsi haqqında" 05 oktyabr 2011-ci il tarixli, 1761 nömrəli  Sərəncamının icrasını təmin etmək məqsədi ilə 

 

ƏMR EDİRƏM:

 

1. Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsinə  dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərlərinə Tədbirlər planının icrasının  təmin ediməsi və görülmüş işlər haqqında məlumatın 25 dekabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.

3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Aliorta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və Tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

5. Əmr və Tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (X. Fərəcov) tapşırılsın.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

21 noyabr 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 25 noyabr.- S.2.