Azərbaycan Texniki Universitetinin
60 illik yubileyi qeyd olundu
Noyabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin 60 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirildi.
Tədbirdə Azərbaycan
Respublikasının təhsil
naziri Misir Mərdanov, millət vəkilləri, ali məktəblərin rektorları,
Təhsil Nazirliyinin məsul əməkdaşları,
tanınmış alimlər
və ziyalılar, bir sıra idarə
və təşkilatların
nümayəndələri, universitetin professor-müəllim
heyəti, tələbələr
və KİV təmsilçiləri
iştirak edirdilər.
Təhsil naziri Misir
Mərdanov iştirakçıları
salamlayaraq tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının
Dövlət himni səsləndi.
Misir Mərdanov təhsil ocağının
kollektivini, müəllimləri,
tələbələri dövlət
başçısı cənab
İlham Əliyevin adından yubiley münasibətilə təbrik
edərək onlara cansağlığı və
gələcək fəaliyyətlərində
uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin universitetin əməkdaşlarının mühəndis
kadrların hazırlanması
və texniki elmlərin inkişafındakı
xidmətlərinə görə
müxtəlif fəxri
adlar, orden və medallarla təltif olunması ilə bağlı 4 noyabr 2011-ci il
tarixli sərəncamlarını
təhsil və elm sahəsinə göstərilən
diqqətin növbəti
təzahürü kimi
dəyərləndirən nazir
ölkənin bütün
təhsil ictimaiyyəti
adından dövlət
başçısına minnətdarlığını
bildirdi. Misir Mərdanov bunun
təhsil ocağında
çalışan hər
bir kəsin əməyinə verilən
yüksək qiymət
olduğunu qeyd etdi və kollektivin
bu şərəfə
layiq fəaliyyət göstərməsinin, öz
işinə daha məsuliyyətlə yanaşmasının
zəruriliyini vurğuladı.
Nazir universitetin əməkdaşlarından
bir qrupunun Təhsil Nazirliyinin yüksək mükafatlarına
layiq görüldüyünü
diqqətə çatdırdı.
AzTU-nun rektoru Havar Məmmədov yubiley mərasiminin iştirakçılarını salamladı və yüksək dövlət
mükafatlarına layiq
görüldüklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından hörmət və ehtiramını bildirdi.
Rektor daha sonra
geniş məruzə
ilə çıxış
etdi. Məruzədə
təhsil ocağının
yaranma tarixi, fəaliyyət istiqamətləri,
maddi-texniki bazası, beynəlxalq əlaqələri,
uğurları və
s. haqqında ətraflı
məlumat verildi.
Qeyd olundu ki,
universitet iqtisadiyyatın
müxtəlif sahələrində
uğurla çalışan
çoxsaylı məzunları
- ixtisaslı kadrları
ilə Azərbaycanın
inkişafında böyük
izlər qoymuş, özünəməxsus elm və
təhsil ənənələri
formalaşdırmışdır.
Azərbaycan Texniki Universiteti müstəqil ali məktəb
kimi fəaliyyət göstərməyə başladıqdan
sonrakı dövr ərzində müxtəlif
ixtisaslar üzrə
90 min nəfərdən çox
mühəndis, bakalavr
və magistr hazırlanmışdır. AzTU-nun auditoriyalarında
yetişmiş intellektual
səviyyəli, vətənpərvər
ziyalılar onun nüfuzunu daim qoruyub saxlamışlar.
Hazırda universitetdə 9 fakültə,
47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat
laboratoriyası, 550 min kitab
fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir.
Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır.
Təhsil ocağında
633 nəfər professor-müəllim,
o cümlədən 70 nəfərdən
çox elmlər doktoru, professor,
330 nəfər elmlər
namizədi, dosent 7 mindən çox tələbənin təlim-tərbiyəsi
ilə məşğul
olur.
Universitetin kadr potensialının
formalaşmasında onun
öz məzunlarının
böyük xidmətləri
var. Belə ki, AzTU-nun 360 nəfər məzunu hazırda burada elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Bunların 45 nəfəri elmlər
doktoru, professor, 270 nəfəri
elmlər namizədi, dosentdir.
AzTU-nun fəaliyyətini səciyyələndirən mühüm
cəhətlərdən biri
də tədrisin, elmi-tədqiqat işlərinin
istehsalatla sıx əlaqələndirilməsidir.
Burada metallurgiya,
maşınqayırma, nəqliyyat,
avtomatika, energetika, və s. sahələr üzrə mühüm elmi-tədqiqat işləri
aparılır və alınan nəticələrin
istehsalata tətbiqi ilə bağlı əməli işlər görülür.
Mərasimdə çıxış edən
Milli Məclis sədrinin müavini Bahar Muradova, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Lənkəran Dövlət
Universitetinin rektoru Asəf İsgəndərov,
rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika
Komitəsinin sədr müavini Şaiq Əsgərov, Yasamal
RİH-in başçısı İbrahim Mehdiyev və başqaları Azərbaycan Texniki Universitetinin professor-müəllim
heyəti və tələbələrini yubiley
münasibətilə təbrik
etdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 25 noyabr.- S.2.