Azərbaycanla İordaniya arasında mövcud
olan əlaqələr son
illər daha da inkişaf edir
Noyabrın 24-də
təhsil naziri Misir Mərdanov İordaniya Krallığının
ali təhsil
və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən
məmnunluq duyduğunu
ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər
daha da inkişaf
etdiyini, hər iki ölkə rəhbərinin səmimi münasibətlərinin bütün
sahələrdə əməkdaşlığa
təkan verdiyini bildirib. Nazir İordaniya
ilə təhsil əlaqələrinin genişləndirilməsində
ölkəmizin maraqlı
olduğunu nəzərə
çatdırıb, İordaniya
tərəfinin Azərbaycanla
bağlı hər bir məsələyə xüsusi diqqət yetirməsini yüksək
dəyərləndirib.
Azərbaycanın ali məktəblərində
İordaniyadan 22 tələbənin
təhsil aldığını
vurğulayan nazir tələbə mübadiləsi
istiqamətində əlaqələrin
genişləndirilməsinin vacibliyinə toxunub. Misir Mərdanov, həmçinin İordaniyaya
səfəri zamanı
bu ölkənin ali məktəbləri,
onların yüksək
tədris şəraiti
ilə tanış olduğunu bildirib. Bir sıra ixtisaslar üzrə azərbaycanlı
tələbələrin İordaniya
universitetlərinə göndərilməsinin
mümkünlüyünü qeyd edən təhsil naziri bu baxımdan İKT, tibb və digər
sahələrə üstünlük
verilməsinin zəruriliyini
nəzərə çatdırıb.
İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar
nazirinin müavini
Mustafa Əl Advan səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova təşəkkür
edərək İordaniya-Azərbaycan
əlaqələrinin bütün
sahələrdə inkişaf
etdiyini vurğulayıb.
İordaniyanın təhsil sistemində
qazanılan uğurlara
diqqət çəkən
qonaq tələbə
və müəllim mübadiləsi, elm sahəsi
üzrə əməkdaşlıqda
maraqlı olduqlarını
bildirib. Mustafa Əl Advan ölkəsinin
Azərbaycanla münasibətlərə
xüsusi önəm verdiyini və bu baxımdan təhsil sahəsindəki
əlaqələrin prioritet
təşkil etdiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov
İordaniyanın orta
məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin
öyrənilməsinin əhəmiyyətini
qeyd edib, iki ölkə arasında "Qardaşlaşmış
məktəblər" layihəsinin
reallaşdırılması, ali təhsil sahəsində əlaqələrin
səmərəliliyinin artırılmasının
vacibliyini bildirib. Qarşılıqlı əməkdaşlığın
genişləndirilməsində birgə simpozium və konfransların keçirilməsinin səmərəli
olacağına inamını
ifadə edən nazir Azərbaycan-İordaniya
təhsil əlaqələrinin
daha da inkişaf
etdirilməsi məqsədilə
ölkələrimiz arasında
müvafiq sazişin imzalanması təklifini irəli sürüb.
Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra digər
məsələlər ətrafında
da fikir mübadiləsi aparılıb.
Görüşdə İordaniya Krallığının ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Adel Mohammad Adaileh də
iştirak edib.
Azərbaycan
müəllimi.- 2011.- 25 noyabr.- S.3.