Üçqat Avropa çempionu

 

Sərxan Rauf oğlu  Əhmədov  idmanın cüdo növü üzrə 60 kq çəki dərəcəsində üçqat Avropa çempionudünya çempionatının üçüncüsüdür.  O, 1991-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Sərxan Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbin məzunudur. 2008 -ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Hazırda IV kurs tələbəsidir. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı  ilə fərqlənən Sərxan cüdo ilə 10 yaşından məşğul olur. Söhbət zamanı Sərxan Əhmədov özü haqqında bunları əlavə etdi:

 

- İdman mənim üçün hər şeydən vacibdir. Çünki uşaq yaşlarımdan arzum  peşəkar, təcrübəli və məşhur idmançı olmaq idi. Ailəmizdə  isə  məni həkim, mühəndis və yaxud da müəllim  görmək  istəyirdilər. Amma belə olmadı, məndə idmana olan sevgi bütün sahələrdən üstun oldu. Öz həvəsimlə, istəyimlə, valideynlərimin  razılığı ilə idman məktəbinə gəldim. Peşəkar və təcrübəli müəllimlərin köməyi  sayəsində cüdonun sirlərini öyrənməyə başladım. Sonradan məşqlərimdə iştirak edən müəllimim Rəşad Həsənov mənimlə fərdi məşğul olmağa başladı.  Uğurlarım  bundan sonra artdı. 

Əməkdar məşqçi, Azərbaycan cüdo yığma komandasının üzvü Rəşad Həsənov:

-İlk dəfə 2002-ci ilin yanvar ayında idmana gələn Sərxanın 10 yaşı var  idi. İnadkar və məsuliyyətli görünürdü.  O,13 yaşında idmanın sirlərini mükəmməl öyrənərək Azərbaycan çempionatında iştirak edərək qələbə qazanıb.  Həddindən artıq cəldliyi ilə yaşıdlarından fərqlənirdi. Yaxşı qavramağı ilə o, həm də perspektivli idmançı  idi. İlk vaxtlardan məşqlərə gələndə hiss olunurdu ki, bu uşağın gələcəyi parlaqdır. Onun idmana olan marağı və sevgisi həddindən  artıq çox olduğundan cüdonun bütün sirlərini mənimsəməsi asan oldu. Sərxan həmçinin 2007-ci ildə Avropa Olimpiya festivalında I yeri tutub. 49 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdən ölkəmizə Sərxanla birlikdə məktəbin digər idmançıları dörd qızıl medal gətiriblər. Həmin yığma komandanın məşqçisi mən idim. Sərxan həm 2009-cu ildə Tayvanda 135 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında üçüncü yeri tutmuşdur.  

Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru, respublikanın əməkdar bədən tərbiyəsi idman xadimi Eldar Fərəcov:

 -Son illərdə idman sahəsində qazanılan uğurlara görə bütün idmançıları idmansevərləri təbrik edirəm. Bu sahədəki inkişafa, idmana göstərdiyi böyük diqqət qayğıya  görə ölkə başçısı cənab İlham Əliyevə kollektivimiz idmançılar adından minnətdarlığımı bildirirəm.  İdmanı sevən bir insan kimi onu deyə bilərəm ki, Sərxan Əhmədov uşaq yaşlarından bizim məktəbin cüdo zalında məşq edir. İlk vaxtlardan hiss olunurdu ki, Sərxanın çox böyük perspektivi var. Onun digər idmançılardan fərqi çox güclü qavrama götürmə qabiliyyətinə malik olmasıdır.  O, bu ötən illər ərzində  çox yüksək nəticələr göstərib.  Sərxan Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak edərək ilin ən yaxşı idmançısı adını qazanıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti qayğısı nəticəsində gənc  idmançılarımız yüksək nailiyyətlər əldə edirlər. Sərxan Əhmədov üçqat Avropa çempionu olduqdan sonra Prezidentimiz məşqçi Rəşad Həsənovu Sərxan Əhmədovu qəbul edib. Rəşad Həsənova əməkdar məşqçi adı verilib. Bu uğurları gördükdə çox sevinirik. Arzumuz odur ki, Sərxan olimpiya dünya çempionatının fəxri kürsüsünün yüksək pilləsinə qalxsın.  Sevindirici haldır ki, bu gün ölkəmizdə idmançılar üçün müasir standartlara cavab verən yüksək keyfiyyətlə tikilmiş idman zalları yaradılıb. Azərbaycanın istənilən bölgəsində idmana yüksək səviyyədə diqqət qayğı göstərilir.  Mən 2010-cu ilin 27 dekabrında ölkə başçısı cənab İlham Əliyev tərəfindən əməkdar bədən tərbiyəsi idman xadimi fəxri adı ilə təltif olunmuşam.  Həyatımda ən xoşbəxt anı məhz həmin gün yaşamışam.  

 

İdman məktəbi haqqında  

 

Bakı Şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi 1967-ci ildə Uşaq-Gənclər İdman Məktəbi adı ilə fəaliyyətə başlayıb. 1982-ci ildən isə  adı dəyişdirilərək Nizami Rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi olub. 2006- 2007-ci tədris ilindəki uğurlarına görə məktəb "İlin ən yaxşı idman məktəbi" adını qazanıb. Həmin ilin may ayında adı yenidən dəyişdirilərək Bakı Şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi olub.  Məktəbdə  cüdo, akrobatika, otüstü xokkey, boks, həndbol, futbol bölmələri fəaliyyət göstərir. Həndbol, futbol, otüstü xokkeydən başqa, adıçəkilən idman növləri üzrə zallar vardır. Otüstü xokkey bölməsinin üzvləri isə federasiyanın meydançasından istifadə edirlər. İdman məktəbində 39 məşqçi müəllimdən 15 nəfəri əməkdar məşqçi adına layiq görülüb. Məktəbin idmançıları İlqar Müşqiyev, Ramilə Yusubova, Sərxan Əhmədov cüdo üzrə 2012-ci ildə keçiriləcək olimpiya oyunlarına lisenziya vəsiqəsi almaq uğrunda mübarizə aparırlar. İdman müəssisəsinin  böyük uğurlarından biri 1993-cü ildə akrobatika idman növü üzrə məktəbin yetirmələrinin dünya çempionu adına layiq görülməsidir. Uşaqların peşəkar idmançı kimi yetişməsində qadınlar arasında cüdo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İbadulla Şahbanovun, Vladimir Sidorenkonun, əməkdar məşqçilər  Tərlan Həsənovun Rəşad Həsənovun xidmətləri əvəzolunmazdır.

Hazırda idman məktəbində  600yaxın yeniyetmə gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar.  Məktəb bu il  ölkə başçısının sərəncamına uyğun olaraq əsaslı təmirdən sonra istifadəyə verilib. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.21.