Dərslərdə
interaktivliyin təşkili
Azərbaycan
dünya birliyi ölkələri
ilə ictimai həyatın bütün sahələrində səmərəli
əməkdaşlıq edən bir ölkədir.
Buna görə də başqa
fəaliyyətlərlə yanaşı, bir
neçə dildə ünsiyyət qurmağı, əlaqə
yaratmağı bacarmaq, şəxsiyyət
formalaşdırmaq müasir məktəbin
mühüm vəzifələrindən biridir.
Hazırkı
dövrdə qloballaşma prosesinin və inteqrasiya meyillərinin
getdikcə sürətləndiyi ictimai-siyasi, sosial, mədəni
sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri
kommunikasiya vasitələrindən istifadə etməklə,
şagirdlərin kommunikativ bacarıqlarının yüksək
səviyyədə inkişafını tələb edir.
Xarici dilə
yiyələnmə şagirdlərin humanitar təhsil səviyyəsini
yüksəldir, şəxsiyyətin formalaşmasına
geniş imkanlar yaradır. Bu səbəbdən də tədris
fənni kimi xarici dilin statusu artır, ixtisas müəllimlərindən
böyük məsuliyyət tələb olunur.
Müasir
dövrdə məktəbin qarşısında təhsilin
keyfiyyətini yüksəltmək kimi məsul və şərəfli
bir vəzifə durur. Bu vəzifəni müvəffəqiyyətlə
yerinə yetirmək üçün şagirdlərə dərin
bilik vermək, onların fəalllıq və müstəqilliyini
təmin, ölkədə baş verən yeniliklərlə
şagirdləri tanış etməklə onlarda geniş elmi
dünyagörüşü yaratmaq tələb olunur.
Respublikamızda
həyata keçirilən təhsil islahatı təhsil müəssisələrinin
fəaliyyətində, bütövlükdə təhsil
sisteminin strukturu, idarəsi və iqtisadiyyatında
köklü yerdəyişmənin həyata keçirilməsini
nəzərdə tutur.
"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum)" sənədində qeyd edilir ki, əsas təhsilin
məqsədi şagirdlərdə təhlil və tətbiq,
araşdırma və ümumiləşdirmə aparmaq,
informasiya-kommunikasiya texnologiyalarından istifadə, müxtəlif
mənbələrlə işləmək, özünün fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək, hadisələri
və mahiyyətləri dəyərləndirmək, problemləri
həll etmək bacarıqları formalaşdırmaqdan ibarətdir.
Deməli, ümumi təhsil sistemində pedaqoji proses əvvəllcədən
müəyyən olunmuş nəticələri əldə
etmək üçün müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlərin
isə tədqiqatçı, təcrübəçi,
yaradıcı subyekt kimi qarşılıqlı əməkdaşlıq
fəaliyyətləri əsasında pedaqoji prosesin
tamlığı, şagirdyönümlülük, fəaliyyətin
stimullaşdırılması, təlimdə bərabər
imkanların, dəstəkləyici mühitin yaradılması
prinsipləri nəzərə alınmaqla qurulur.
Bu gün təhsildə
həm forma, həm də məzmunca ciddi dəyişikliklər
gedir: milli təhsil sistemi yaradılır, beynəlxalq təcrübəyə
əsaslanan yeni təhsil formalaşır, müəllim-şagird
münasibətləri yenidən qurulur.
Bu işdə Azərbaycan
Müəllimlər İnstitutunun
özünəməxsus yeri və rolu vardır. AMİ məzmunundakı
fərqli struktur dəyişiklikləri əsasında
son illər respublikanın
çoxsaylı orta ümumtəhsil, orta ixtisas, peşə, ali (dövlət, özəl) təhsil müəssisələrində
çalışan müəllimlərə metodiki
köməklik göstərmək, təhsil sahəsindəki innovasiyalara dair seminarlar keçirmək, seminar
iştirakçısı olmuş müəllimlərin
dərslərinin monitorinqini aparmaq, ayrı-ayrı mövzular
üzrə metodiki tövsiyələr
hazırlamaq, qabaqcıl pedaqoji təcrübəni
öyrənmək, ümumiləşdirmək, təbliğini
təşkil etmək, müxtəlif təhsil müəssisələrində
fənlərin tədrisi keyfiyyətini öyrənmək
məqsədilə dərs və məşğələlərdə
iştirak etməklə məşğuldur.
Belə
təhsil ocaqlarından biri də Xəzər
rayonu Türkan qəsəbəsindəki
E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün
6 nömrəli Respublika ümumi
orta təhsil internat-məktəbdir.
***
Məktəbin
direktoru B.Zeynalov və
təlim-tərbiyə işləri üzrə direktor müavini K.Dadaşovun iştiraki ilə
mütəmadi olaraq müəllimlərin
təlim nəticələrinə həsr olunmuş
"dəyirmi masa" keçirilir.
Məktəbdə
işini günün
tələbləri istiqamətində quran
müəllimlər çoxdur. Onlardan biri ingilis
dili müəllimi Gülnarə Əliyevadır.
Fənn
müəllimi kimi o,
dərs prosesində şifahi nitq, yazı bacarıqlarının
formalaşdırılması, düzgün
oxu qabiliyyətlərinin yaradılması
və dilin inkişaf
etdirilməsinə xüsusi diqqət verir.
O, şifahi
nitqin inkişafını əsas tələb
kimi göstərməklə şagirdlərin
ünsiyyət bacarıqlarının
formalaşdırılmasına, lüğət
ehtiyatlarının zənginləşdirilməsinə, ən
zəruri qrammatik anlayışların mənimsənilməsinə,
oxu və yazı texnikası, dinləyib-anlama
vərdişlərinin inkişaf
etdirilməsinə hər vasitə ilə səy göstərir.
Bağlanmış
ikitərəfli müqaviləyə əsasən mütəmadi
olaraq təhkim olunduğumuz
bu internat-məktəbə gəlir, tədris
prosesi ilə yaxından tanış olur, xarici dil
müəllimlərinin dərslərini müşahidə və
müzakirə edirik. Alınan nəticələrlə
bağlı "dəyirmi masa" keçirir, müəllimləri
maraqlandıran suallara cavablar,
onlara lazımi metodiki
tövsiyələr veririk.
Gülnarə
Əliyeva ingilis dilindən didaktik material
hazırlayarkən aşağıdakı üç
mərhələnin məntiqi ardıcıllığına fikir verir:
*
Didaktik vəsait üçün
seçilmiş leksik
və qrammatik materialların şagirdlərin
məktəbdə öyrəndikləri digər fənlərlə,
yəni Azərbaycan dili, rus
dili və onun
qrammatikası, eyni zamanda
ədəbiyyat, tarix, coğrafiya
ilə inteqrasiyası önəmlidir.
*
Didaktik vəsaitdə mövzuların tədrisi
məsələləri öz əksini
tapır. Bu mərhələ bütün fənlərin tədrisinə aid edilə bilər. Müəllim bu yolla didaktik
vəsaitə daxil olan
leksik vahidlərin, ifadələrin,
ayrı-ayrı qrammatik formaların bir neçə dəfə təkrar
olunacağı hesabını apara bilir. Digər tərəfdən, o, təkrarın xarakterini
müəyyənləşdirə bilir.
* Burada
şagirdlərin ingilis dilindəki bilik səviyyəsi təyin olunur.
Ənənəvi üsulla şagirdlərin
biliyi çox səthi
və təxmini yanaşma yolu
ilə müəyyənləşdirilirdisə,
proqramlaşdırılmış təlim elementlərinin tətbiqi
yolu ilə məsələnin belə təxmini
həlli aradan qaldırılır. Bu yanaşma, şagirdin müstəqil işinə əsaslanır
ki, bu da
nəticəyönümlü təlimi təmin etmiş olur.
Müəllim
proqramlaşdırılmış təlimin məzmunundan və
elementlərindən istifadə edərək üç cəhətə daha
çox fikir verir:
*
Müəllim və şagird əməyinin
elmi və təcrübi təşkili;
*
İnteraktivliyin (əks-əlaqənin) təmin
olunması;
* Təlim prosesinin keyfiyyətinin idarə olunması.
Bu cəhətlər bir-biri ilə sıx surətdə bağlıdır. Əgər dərsdə əks-əlaqənin
heç olmazsa ən sadə elementlərindən istifadə
edilmirsə, ona müasir dərs demək olmaz. Elə buna görədir
ki, Gülnarə müəllim dərs prosesində əlaqəni
üç formada yerinə yetirir:
* Müəllimdən şagirdə
(düzünə əlaqə).
* Şagirddən müəllimə
(xarici əks-əlaqə).
* Şagirddən şagirdin
özünə (daxili
əks-əlaqə).
Göründüyü kimi, müəllim
bu üç əlaqədən həm ayrı-ayrılıqda, həm
də hamısından
birlikdə istifadə
edir. Bundan başqa o, dərslərində əks-əlaqə
vasitələri olan şərti işarələr,
şablonlar və iş vərəqlərindən
səmərəli istifadə
edir. Bu işi o, belə yerinə yetirir: müəllim şagirdlər üçün
üçrəngli kartoçkalar
hazırlayır. Kartoçkalar elə hazırlanır ki, onun rənglərini
dəyişmək də
olur. Məsələn, şagirdlər ingilis
dilində sifətin dərəcələrini öyrənirlər.
Burada şagirdlər sifətin dərəcələrini əlamətlərinə
görə tapır, kartoçkalar vasitəsilə
adi dərəcəni
sarı, müqayisə
dərəcəsini yaşıl
və üstünlük
dərəcəsini qırmızı
rənglərlə göstərirlər.
Burada fərqli cəhət odur ki, müəllim
üçrəngli kartoçkadan
istifadə edir. Bu da müəllimin
nəzərinə daha
tez çarpır və o, şagirdin mövzunu bilib-bilmədiyini
dəqiqləşdirir.
İnteraktivliyin digər növlərindən biri də tapşırıqların
iş vərəqlərində
yerinə yetirilməsidir.
Bu da şagirdlərin
müstəqilliyini, tədqiqatçılıq
bacarığını və
mobilliyini təmin edir. Lakin bununla bağlı müəllimlərə bəzi
təkliflər verilməlidir:
1. Dərsin məqsədini dəqiqləşdirmək:
* dərsin mövzusuna,
məzmununa aid olmalı;
* hansı bilik,
bacarıq və vərdişlər formalaşdırılmalıdır.
2. Müxtəlif növlü
tapşırıqlar seçmək,
bu tapşırıqlar:
* dərsin məqsədinə
uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlməlidir;
* şagirdlərin yaşına, bilik və intellektual səviyyəsinə;
* dövlət proqramına və milli dəyərlərə
əsaslanmalı;
* aktual, real həyatla
və şagirdlərin
təcrübələri ilə
bağlı olmalı;
* tədqiqatçılıq
həvəsini artıran,
maraqlı, cəlbedici
olmalıdır.
3. Müxtəlif məlumat mənbələrindən istifadə
etmək.
4. Nəticələrin təqdimetmə
formaları müxtəlif
olmalıdır.
5. Tapşırıqlar dəqiq
ifadə edilməlidir.
6. İş vərəqinin tərtibatı səliqəli,
məhdud, yaraşıqlı,
estetik, əyani olmalı, orada formal məlumatlar qeyd olunmalıdır.
Göründüyü kimi, iş vərəqlərində
aparılan müstəqil
iş şagirdlərin
diqqətli olmalarına,
tapşırıq və
çalışmaların həllinə məsuliyyətlə
yanaşmalarına, yeni
bilik, bacarıq və vərdişlərə
yiyələnmələrinə geniş imkanlar yaradır. Gülnarə müəllim şagirdlərin
müstəqil işlərini
günün tələbləri
səviyyəsində təşkil
etməyə çalışır.
Şagirdlərin müstəqil
bacarıq və vərdişlərə yiyələnmələri
üçün ingilis dili üzrə mövcud proqramdan geniş və səmərəli istifadə
edir. O, şagirdlərin
müstəqil işləmələri
və bilik almalarını iki istiqamətdə təşkil
edir:
a) sinifdə dərs
prosesində;
b) sinifdənxaric tədbirlərdə.
Dərs prosesində şagirdlərin müstəqil
işləmələri üçün
kitab ən etibarlı mənbədir. Ona görə
də müəllim kitab üzrə şagirdlərin müstəqil
işləmələrinin aşağıdakı
növlərindən istifadə
edir:
1. Mətnə aid planların
tərtibi;
2. Mətnin məzmununa dair sualların müəyyənləşdirilməsi;
3. Mətndən sinonim və antonimlərin tapılması;
4. Ayrı-ayrı mövzuların
həyat hadisələri
ilə müqayisəli
şərhi;
5. Paylayıcı kartoçkalar
üzrə cavabların
hazırlanması;
6. Dilimizdə işlənən
ingilis sözlərinin
lüğətdən tapılması;
7. Audio-vizual vasitələrdən
istifadə edilməsi.
Müəllim qeyd edir
ki, dərsdə əks-əlaqənin yaradılması
ilə müəllim əməyinin elmi təşkili nöqteyi-nəzərdən
vaxta qənaət edilir. Qənaət edilmiş həmin vaxt yeni biliklərin möhkəmləndirilməsinə, başqa dil vərdişlərinin yaradılmasına
və s. faydalı işlərə sərf edilir.
Ümumiyyətlə, Gülnarə Əliyeva proqramlaşdırılmış
təlim elementlərindən
istifadə etməklə
ingilis dilindən şagirdlərin biliyini artırır, təlimin keyfiyyətini yüksəldir
və şagirdlərdə
şifahi nitq bacarıq və vərdişlərini inkişaf
etdirir.
Akif QURBANOV,
Mətanət ABBASOVA
Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.18.