2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli, 714 nömrəli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəbləri və müəllimlərin müsabiqələrdə iştirakı ilə bağlı elanın mətni və ona əlavələr  təsdiq edilsin (əlavə olunur).

2. 2011/2012-ci dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın 10-dan başlansın və noyabrın 10-dək başa çatdırılsın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 sentyabr 2011-ci il

 

Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə

 

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2011-2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır.

Müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın 10-dan başlanıb noyabrın 10-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə

 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir - ¹1) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur - ¹2)***.

2. Müsabiqədə iştirak üçün müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur - ¹3).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Son 3 ildə məktəbdə təhsil əmək qanunvericiliyinə, təhlükəsizlik sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı (arayış yerli həmkarlar təşkilatının rəsmi sənədləri əsasında yazılır müvafiq sənədlərin kserosurətləri əlavə olunur).

5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.

 

 

"Ən yaxşı müəllim"  müsabiqəsi üzrə

 

****

 

1. Müsabiqədə iştirak üçün müəllimin Təşkilat Komitəsinə ərizəsi (forma əlavə olunur - ¹4).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur - ¹5).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəb direktoru tərəfindən təsdiq edilir).

4. Müəllim haqqında məktəb direktoru məktəb həmkarlar təşkilatı sədrinin qısa xasiyyətnaməsi.

 

*  Naxçıvan MR- müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.      

** Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcəkdir.

*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları Təşkilat Komitəsinə birbaşa müraciət edirlər.

**** Əsas yeri ümumtəhsil məktəbi olan müəllim işləyənlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər, habelə direktor, direktor müavinləri məktəb psixoloqları istisna olunmaqla) iştirak edə bilərlər.

 

 

Təşkilat Komitəsi

 

 Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.16.