İnşa
yazı müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə Ələkbər
Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli, 941 nömrəli Sərəncamının
icrası ilə əlaqədar Təhsil Nazirliyinin
tədbirlər planına uyğun olaraq
ƏMR EDİRƏM:
1. 2012-ci il
yanvar-fevral ayları ərzində
ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdlərinin iştirakı ilə "Böyük
Azərbaycan şairi M.Ə.Sabir
haqqında düşüncələrim" mövzusunda
inşa yazı müsabiqəsi keçirilsin.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər) təhsil
şöbələri, nazirlik nəzdindəki ümumi təhsil
müəssisələrinin direktorları inşa müsabiqəsinin
mütəşəkkil və yüksək səviyyədə
keçirilməsini təmin etmək məqsədilə
müvafiq işçi qrupu yaratsınlar, müsabiqənin
rayon (şəhər) mərhələsinin qaliblərinin
inşa yazılarını və onlar haqqında məlumatı
(Naxçıvan MR və Bakı şəhərindən 5
(beş) nəfər, Gəncə şəhərindən 2
(iki) nəfər, digər rayon
və şəhərlərin, nazirlik nəzdindəki
ümumi təhsil müəssisələrinin hər birindən
1 (bir) nəfər) 2012-ci il martın 10-dək Təhsil
Nazirliyinə göndərsinlər.
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov)
yerlərdən daxil olan inşa yazıların yoxlanması və
müsabiqənin ölkə üzrə qaliblərinin obyektiv
seçilməsi məqsədilə mütəxəssislərdən
ibarət müsabiqə komissiyası təşkil etsinlər,
yekun nəticələr barədə rəhbərliyə
hesabat hazırlasınlar.
4. Müsabiqənin ölkə üzrə qalibləri
üçün aşağıdakı qaydada kvota müəyyən
olunsun:
I yer - 5 nəfər
II yer - 10 nəfər
III yer - 20 nəfər
5.
Müsabiqə qalibləri
tutduqları yerlərə
görə müvafiq
dərəcəli diplomlarla
təltif edilsinlər.
6.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
7.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 oktyabr 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 7 oktyabr.- S.3.