Corciya Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub

 

 Azərbaycan Universiteti ilə ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) arasında əlaqələr genişlənir. Universitetin  prezidenti Dr. Mark Beyker, Biznes Məktəbinin dekanı Dr. Fenvik Hass Keçid İqtisadiyyatlarında Biznesin İnkişafı Mərkəzinin direktoru, professor Bijan Fəzlullahinin daxil olduğu nümayəndə heyəti sentyabrın 28-dən oktyabrın 2-nə qədər Azərbaycan Universitetində olub. 

Səfərin məqsədi Azərbaycan Universiteti ilə CDU arasında 2008-ci ildən mövcud olan əlaqələri inkişaf etdirmək, xüsusi ilə yerli müəllimlərin təkmilləşdirilməsini, tələbə müəllim mübadiləsini genişləndirməkdən ibarətdir.

Tərəflər arasında Azərbaycan Universitetində "Kurikulumun müəllimlərin təkmilləşdirilməsi, tələbə, müəllim tədqiqatçı mübadiləsi üçün proqramın detalları" adlı daha bir müqavilə imzalanıb.

Corciya Dövlət Universiteti Corciya ştatının paytaxtı olan Atlanta şəhərində yerləşir 1913-cü ildə fəaliyyətə başlayıb. Universitetdə 100 istiqamət üzrə 250 bakalavr, magistratura doktorantura proqramları üzrə 160 ölkədən 40 mindən artıq tələbə təhsil alır. Yarandığı zamandan CDU-nu 192.8 min nəfər bitirmişdir. Universitet doktorantura təhsili sahəsində ilk 100 dövlət universiteti sırasındadır. Hazırda CDU-nun illik maliyyə dövriyyəsi 1.4 milyard dollara bərabərdir.

Universitetin əsas ixtisaslaşma istiqamətlərindən biri biznes idarəçiliyi sahəsində kadr hazırlığıdır. 

 

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.3.