Dövlət müstəqilliyinin
bərpasının 20 illiyi ilə
bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilib
Oktyabrın 5-də
Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin
bərpasının 20-ci ildönümünə
həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
əvvəlcə bütün
müəllimləri peşə
bayramları münasibətilə
təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Rektor Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət
müstəqilliyimizin bərpasının
ilk illərində qarşılaşdığımız
problemlərdən danışmışdır.
O, azadlığa, müstəqilliyə
gedən yolun heç də asan olmadığını
bildirmişdir. A.Məhərrəmov diqqətə çatdırmışdır
ki, XX yüzillik Azərbaycan tarixində çox böyük mübarizələr əsri
olmuş, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş,
xalqımız saysız-hesabsız
şəhidlər vermişdir.
Rektor
20-ci ildönümü qeyd
olunan Azərbaycanın
yeni müstəqillik dövrünün tariximizin
ən parlaq və şanlı səhifələrindən olduğunu
bildirmişdir.
Akademik A.Məhərrəmov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində bu gün Azərbaycan çox
dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə
artır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,
universitetin fəlsəfə tarixi kafedrasının müdiri,
professor Rəbiyyət Aslanova
tədbir iştirakçılarını bayram
münasibətilə təbrik etmiş,
müstəqilliyinin 20-ci ildönümünü
qeyd edən ölkəmizin tarixi uğurlarından
danışmışdır.
R.Aslanova Prezident
İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü
haqqında" 2011-ci il 21 yanvar
tarixli sərəncamının
xalqımızın, dövlətimizin 20 illik
müstəqillik tarixinə verilmiş
yüksək qiymət və dəyər olduğunu bildirmişdir.
O qeyd etmişdir
ki, müstəqilliyin bərpasının
20 illiyinin dövlət səviyyəsində
qeyd edilməsinin ən böyük
mahiyyəti dünyaya müstəqil, demokratik, dünyəvi Azərbaycan dövlətinin
varlığının sübutu, beynəlxalq
ictimaiyyətə "Azərbaycan dövləti
yaşayır və durmadan inkişaf edir"
mesajıdır.
Professor R.Aslanova
ümummilli lider Heydər
Əliyevin müstəqil dövlətimizin yaranmasında,
inkişafında və dünyada
tanınmasında misilsiz rolundan
bəhs etmişdir. O, müdrik
dövlət xadimi Heydər Əliyevin
şəxsiyyətinin böyüklüyündən
danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli
məhz ulu öndər tərəfindən
qoyulmuşdur. Hər birimiz
Azərbaycanın müstəqillik illərində
qazandığı uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi
nailiyyətlərə görə müasir
dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq. Məhz bu dahi şəxsiyyətin uzaqgörən və
müdrik siyasəti nəticəsində
Azərbaycan regionun lider
dövlətinə çevrilmişdir. Deputat bildirmişdir ki, hər bir azərbaycanlı
fəxr etməlidir ki, bu
gün onun Azərbaycan
adlı böyük, güclü,
söz sahibi olan müstəqil dövləti vardır.
Tədbirdə
çıxış edən akademik Vasim Məmmədəliyev və
başqaları mövzu ətrafında
fikirlərini bölüşmüş, müasir Azərbaycanın 20 illik
tarixinə nəzər salaraq bu illər ərzində ulu
öndər Heydər Əliyevin gördüyü
işlərdən, onun əvəzsiz xidmətlərindən
danışmışlar.
Tədbirdə
Milli Məclis deputatları, ziyalılar, BDU-nun müəllim və tələbə heyəti
iştirak etmişlər.
Tədbir
konsert proqramı ilə başa
çatmışdır.
Azərbaycan
müəllimi.- 2011.- 7 oktyabr.- S.6.