Yüksək mükafat bayram sevincimi daha da artırdı
Digər peşə-ixtisas sahibləri kimi təhsil sahəsində çalışanlar da hər il öz
peşə bayramlarını
- 5 Oktyabr Beynəlxalq
Müəllimlər Gününü təntənə
ilə qeyd edirlər. Təhsilin, müəllimin cəmiyyətin
inkişafındakı böyük
rolunu yüksək qiymətləndirən, təhsilə,
təhsil işçilərinə
daim xüsusi diqqət və qayğı göstərən
dövlətimizin başçısı
möhtərəm Prezidentimiz
İlham Əliyev hər il olduğu
kimi bu il də
peşə bayramları
ərəfəsində təhsil
sahəsində xidmətləri
olan xeyli təhsil işçisini
"Tərəqqi" medalı
ilə təltif edib, bir qrup
müəllimə "Əməkdar
müəllim" fəxri adı verib.
Pedaqoji ictimaiyyətimizin böyük rəğbətlə
qarşıladığı bu təltiflər, təbii ki, müəllimlərin bayram
sevincini qat-qat artırıb. Bu günlər belə
ikiqat sevinc - həm bayram, həm də mükafat sevincini yaşayanlardan biri də mənəm. Belə ki, möhtərəm
Prezidentimizin 3 oktyabr
2011-ci il tarixli sərəncamı ilə mən də "Tərəqqi"
medalı ilə təltif olunmuşam.
Uzun illərdir ki, təhsil sahəsində çalışıram.
1999-cu ildən Bakının Binəqədi
rayonundakı 244 nömrəli
tam orta məktəbə
rəhbərlik edirəm.
Pedaqoji fəaliyyətimlə yanaşı,
ölkənin siyasi həyatında da yaxından iştirak edirəm. Xeyli müddətdir ki,
8 nömrəli Binəqədi
1 saylı seçki dairəsinin sədriyəm.
Pedaqoji sahədəki fəaliyyətim, dövlətçiliyimizə
xidmətlərim dəfələrlə
ən müxtəlif səviyyələrdə qiymətləndirilib.
Təhsil Nazirliyinin "Qabaqcıl
təhsil işçisi"
döş nişanına,
fəxri fərmanlarına,
Binəqədi Rayon İcra
Hakimiyyətinin fəxri
fərmanlarına layiq
görülmüşəm. Lakin "Tərəqqi" medalı
zəhmətimə verilən
ən böyük qiymət, dövlət təltifidir. Mən bunun
üçün, eləcə
də təhsilimizə
göstərdiyi diqqət
və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Belə yüksək
mükafatları biz müəllimlər
dövlətimizin etimadı
kimi dəyərləndirir,
daha fəal çalışmaq üçün
böyük stimul hesab edirik.
Əlbəttə, layiq görüldüyüm
mükafatı həm
də bir kollektiv rəhbəri kimi məktəbimizin fəaliyyətinə, son illər
qazandığımız uğurlara
verilən yüksək
qiymət hesab edirəm. 1999-cu ildə
direktor təyin olunandan sonra öz fəaliyyəti, uğurları ilə o vaxt o qədər də fərqlənməyən
məktəbimizi kollektivin
köməyi ilə qısa müddət ərzində paytaxtımızın
ən yaxşı ümumtəhsil müəssisələrindən
birinə çevirməyə
nail olmuşam.
Pedaqoji sahədə çalışmaqla yanaşı
uzun illərdir ki, həm də
elmi fəaliyyətlə
məşğulam.
Azərbaycanda orta təhsilin
sosial -fəlsəfi problemlərinə dair araşdırma apararaq dissertasiya müdafiə edib, fəlsəfə doktoru alimlik dərəcəsi almışam.
Üç elmi əsərin
müəllifiyəm, bir
neçə monoqrafiyam
çap olunub, 15-ə
qədər elmi məqaləm xarici mətbuatda dərc edilib.
Məktəbimizin də son illər uğurları artıb. Tədris
ocağımız 2008-2009-cu tədris ilində möhtərəm Prezidentimizin
müvafiq sərəncamına
əsasən keçirilən
"Ən yaxşı
ümumtəhsil məktəbi"
müsabiqəsində qalib
gələrək 10000 manat
birdəfəlik pul mükafatı alıb.
Bir müəllimimiz
"Əməkdar müəllim",
üç müəllimimiz "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibdir.
Hər il məzunlarımızın
böyük əksəriyyəti
yüksək balla ölkənin və xarici dövlətlərin
ali məktəblərinə
qəbul olunur. Bu il 92 məzunumuz
tələbə adını
qazanıb. Onlardan 13-ü xarici ölkələrdə
oxuyur, 18 nəfər orta ixtisas məktəblərinə
qəbul olunub. Məzunlarımızdan 5-i qəbul
imtahanlarında 600-dən çox,
20 nəfər isə
500-600 arasında bal toplayıb.
İdman sahəsində də böyük uğurlara imza atmışıq. Məktəbimiz 13 ildir ki, dalbadal Binəqədi rayonu məktəblilərinin
spartakiadasında I yeri
tutur.
Hazırda məktəbimizdə
1500-dən çox şagird
təhsil alır, onların təlim-tərbiyəsi
ilə 200-ə yaxın
müəllim məşğul
olur. Məktəbimizdə mövcud olan 3 kompüter otağı
İKT-nın tədrisə
tətbiqinə imkan verir. Müəllimlərimizin 90 faizi İKT üzrə
treninqlərdən keçib.
Bütün bunların nəticəsidir
ki, yeni dərs ilinə uğurla başlamışıq.
Layiq görüldüyüm
yüksək dövlət
mükafatı, şübhəsiz,
daha səmərəli
fəaliyyət üçün
stimul olacaq, etimadı doğrultmaq üçün daha səylə çalışacağıq.
Yəhya ABBASOV
Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.10.