2011-ci ilin
ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatı
laureatlarının adları açıqlanıb
Ədəbiyyat
üzrə qalib
2011-ci ilin ədəbiyyat sahəsində
Nobel mükafatına İsveç şairi Tomas Transtroemer layiq görülüb. İsveç
Kral Akademiyası Nobel mükafatına məhz Tomas Transtroemerin
layiq görülməsini onun reallığa yeni baxıs olan
qısa, şəffaf, mənalı obrazlar yaratması ilə əsaslandırıb.
80 yaslı İsveç şairi,
peşəkar psixoloq olan Tomas Transtroemer 1990-cı ildə
insult keçirib, onun nitq qabiliyyəti pozulub. Şeirləri əfsanəvi,
çoxmənalı və kədərli kimi səciyyələndirilir
və 50-dən çox dillərə tərcümə edilib.
Sülh
üzrə qaliblər
Ellen
Conston Sirlif - dünyanın ən kasıb ölkələrindən
olan Liberiyanın prezidentidir. 72 yaşlı Sirlif Afrikanın
yeganə qadın prezidentidir, o, bu vəzifəyə 2005-ci ildə
keçirilmiş prezident seçkilərində seçilib.
Hakimiyyətə gələn Sirlif orduda islahat aparıb, dövlət xərcini
azaldıb, əməkhaqlarını tənzimləyib. Xarici
investisiyaların ölkə iqtisadiyyatına kütləvi
axınını təmin edib. 2007-ci ildə onun sərəncamı
ilə ölkədə ibtidai təhsil pulsuz və məcburi
elan olunub.
Leymah
Qbovi - Liberiyadan olan 32 yaşlı siyasi fəal,
2003-cü ildə sülh uğrunda hərəkatın təşkilatçısı
olub. Məhz bu aksiya nəticəsində
Ellen Sirlif hakimiyyətə gəlib. 2000-ci ildən
başlayaraq Qbovi liberiyalı qadınların qeyri-zorakı
aksiyalarına rəhbərlik edib. Bu aksiyalar hakimiyyəti
danışıqlar masası arxasına keçməyə məcbur
edib və bu, ölkədə uzunsürən vətəndaş
müharibəsinə son qoyub.
Təvəkkül
Karman - Yəmən siyasi müxalifət lideri, jurnalist və
siyasətçidir. 32 yaşlı Karman 2000-ci ildən
başlayaraq ölkədə qadın hüquqları və
demokratiya uğrunda fəal mübarizəyə rəhbərlik
edib. 2007-2010-cu illərdə Sana şəhərində onlarca
nümayişlərdə iştirak edib. 2011-ci ildə bir
neçə dəfə açıq çıxışlar
edib. Etiraz aksiyalarının təşkilatçısı
kimi dəfələrlə həbs olunub.
İqtisadiyyat
üzrə qaliblər
Kristofer
Sims - Harvard Kollecinin bakalavrı (1963-cü
il), Harvard Universitetinin fəlsəfə doktorudur.
Tomas Sarcent - Berkli Kaliforniya Universitetinin bakalavrı və Harvard Universitetinin fəlsəfə doktorudur.
2011-ci il
oktyabrın 10-da Stokholmda
iqtisadiyyat sahəsində
Nobel mükafatına amerikalı
alimlər Tomas Sarcent və Kristofer Sims layiq görülüblər.
Onlar makroiqtisadiyyatda müşahidə
olunan proseslərin səbəbləri və nəticələrinin empirik
tədqiqatları işlərinə
görə fərqləniblər. Alimlər iqtisadi siyasətlə ümumi daxili məhsul, inflyasiya, işsizlik, investisiyalar və başqa makro-iqtisadi göstəricilər
arasında əlaqəni
tədqiq ediblər. Mükafat rəsmi olaraq "Alfred Nobelin xatirəsinə həsr olunmuş İqtisadi Elmlər üzrə Sveriges Riksbank mükafatı"
adlanır.
Bu
mükafat İsveç
kimyaçısı Alfred Nobel tərəfindən 1895-ci ildə
təsis etdiyi ilkin mükafatlar qrupuna aid deyil və 1968-ci ildə İsveçin mərkəzi
bankı - Riksbank tərəfindən təsis
edilib.
Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.7.