Şagirdlərin əl işlərinə dair sərgi keçirildi  

 

Oktyabrın 11-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirildi. Bakıdakı 201 nömrəli orta məktəbin şagirdlərinin əl işlərinə aid tədbiri giriş sözü ilə  açan  məktəbin direktoru  Süsən  Salmanova təşkil olunmuş  tədbirin əhəmiyyətindən danışdı. Eyni zamanda  məktəbdə  şagirdlərin yaradıcılığında böyük rol  oynayan   "Palitra" rəsm dərnəyinin 12 üzvü olduğunubu dərnəyə rəhbərlik edən Asəf Kərimovun   zəhmətini  xüsusi qeyd etdi.

İlk öncə dövlət müstəqilliyimizə   aid slaydlarda ulu öndər Heydər Əliyevlə  bağlı  kadrlar  nümayiş etdirildi.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, şəhid  ailəsi Simuzər Əhmədovanın müstəqilliyimizə həsr olunmuş şeirləri səsləndi.

Sonra sərgiyə toplaşan  şagirdlərin 108 əsəri nümayş olundu. VIII sinif şagirdi  Fərid Tahirov, IX sinif şagirdi Aysel Həzrətova, I sinif şagirdi Şölə Salmanova və başqalarının əl işləri sərgiyə gələn qonaqlar tərəfindən yüksək qarşılandı.

Sərgidə   Nizami Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnaz İsrafilova, millət vəkili Sədaqət Vəliyeva və digər şəxslər çıxış edərək şagirdlərin əl işlərindən razılıq etdilər və   şagirdləri təbrik etdilər. 

Sonda qonaqlar balaca rəssamlarla  xatirə şəkli  çəkdirməyi də unutmadılar.  

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.15.