Ali
məktəb tələbələri arasında rəsm müsabiqəsinin
keçirilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünün təhsil müəssisələrində
qeyd olunması haqqında" Təhsil Nazirliyinin 10 fevral
2011-ci il tarixli 247 nömrəli əmri ilə təsdiq
olunmuş tədbirlər planının 5.2-ci bəndinin
icrasını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr olunmuş
ali təhsil müəssisələrinin tələbələri
arasında "Azərbaycan çiçəklənən
diyar" mövzusunda respublika rəsm müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi
və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Ali təhsil müəssisələrinin rəhbərləri
müsabiqənin keçirilməsini təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək
səviyyədə keçirilməsi üçün
lazımi təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
müsabiqənin qaliblərinin mükafatlandırılması
üçün 305 (üç yüz beş) manat məbləğində
vəsait ayrılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və
əsasnamənin çoxaldılıb yerlərə çatdırılmasını təmin
etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 oktyabr 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.5.