VI Respublika
spartakiadasının açılışı olub
Oktyabrın
12-də Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman
Akademiyasının idman
meydançasında Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş
ümumtəhsil və ilk peşə-ixtisas
təhsili müəssisələri şagirdlərinin VI Respublika
spartakiadasının açılış mərasimi keçirildi.
Əvvəlcə
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra bildirildi
ki, iki ildən bir keçirilən
spartakiadanın əsas məqsədi uşaqlar
arasında bədən tərbiyəsi və idmanın
kütləviliyinə nail olmaq,
uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daimi
məşğul olmalarına zəmin yaratmaq,
məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi
və idmanın rolunu, onların idman
ustalıqlarını artırmaqdır.
Qeyd olundu ki, spartakiadada umumtəhsil və
ilk peşə-ixtisas məktəblərinin şagirdləri 8
idman növü (futbol, həndbol,
basketbol, voleybol, stolüstü
tennis, atletika, yunan - Roma güləşi və boks) üzrə
IV mərhələdə mübarizə aparmışlar. I mərhələdə
- məktəbdaxili yarışlarda ümumtəhsil və ilk
peşə-ixtisas təhsili müəssisələrinin əksər
şagirdləri iştirak etmişdir. II mərhələyə
(rayon, şəhər mərhələsi) 880 komanda vəsiqə
qazanmışdır. Rayon, şəhər
yarışlarında 151 min şagird iştirak etmişdir ki,
onlardan da 70 min nəfərini qızlar təşkil edib. III mərhələdə zona yarışlarında II mərhələnin
qalibi olmuş 58 komandanın tərkibində 5545 nəfər
şagird iştirak etmişdir. Onlardan da 2 min 180 nəfəri
qızlardır. Zona yarışları respublikamızın 10
şəhər və rayonunda keçirilmişdir. Finalda 35
şəhər və rayondan 75 komanda iştirak edir.
Sentyabrın 27-dən
yarışların final mərhələsinin oyunlarına
start verilmişdir. Yarışlara oktyabrın 18-də Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü günü yekun vurulacaq.
Tədbirdə Təhsil Nazirliyinin
baş məsləhətçiləri Arzu Qarayev, Elnur Əlizadə, Təhsil
Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin
direktoru Niftalı Quliyev və digər qonaqlar
çıxış edərək idmançıları təbrik
etdilər.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.7.