Təhsil Nazirliyində
görüş
Oktyabrın
17-də təhsil naziri Misir Mərdanov Argentina Milli Elmi-Texniki
Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə
görüşüb
Təhsil
naziri qonağı səmimi salamlayaraq ölkələrimiz
arasındakı münasibətlərin inkişafında təhsil
sahəsindəki əlaqələrin xüsusi rol
oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində
beynəlxalq əməkdaşlığın genişləndirilməsinə
xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan
Argentina ilə gələcəkdə səmərəli əlaqələrin
qurulacağına inamını ifadə edib.
Səmimi
qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirən Argentina Milli Elmi-Texniki Tədqiqat
Şurasının prezidenti Marta Rovira rəhbərlik etdiyi
qurum haqqında ətraflı məlumat verib. Əsasən
elmi-tədqiqatların maliyyələşdirilməsi və
alimlərin fəaliyyətinin dəstəklənməsi
missiyasını yerinə yetirən Argentina Milli Elmi-Texniki Tədqiqat
Şurasının ölkənin ali təhsil müəssisələri
ilə də yaxından əməkdaşlıq etdiyini
söyləyən qonaq, həmçinin ali məktəblərdə
oxuyan tələbələrin elmi-tədqiqat işlərinə
dəstək verdiklərini nəzərə
çatdırıb.
Tam
müstəqil qurum olan Milli Elmi-Texniki Tədqiqat
Şurasının 53 illik fəaliyyəti dövründə
bir çox ölkələrin ali təhsil müəssisələri
ilə əlaqələr yaratdığını
vurğulayan Marta Rovira Milli Elmi-Texniki Tədqiqat
Şurasına üzv olan alimlərin, həmçinin beynəlxalq
təşkilatların elmi-tədqiqat layihələrində
yaxından iştirak etdikləri barədə məlumat verib.
Qonaq Argentinada dövlət universitetlərinin həm ölkə
vətəndaşları, həm də əcnəbilər
üçün pulsuz olduğunu diqqətə
çatdıraraq ölkələrimiz arasında müəllim
və tələbə mübadiləsinin
aparılmasının əhəmiyyətli olacağına
inamını ifadə edib.
Misir
Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin
inkişafı sahəsində ciddi nailiyyətlərin
qazanılmasını, ölkə üzrə 5 Nobel
mükafatçısının olmasını yüksək
uğur kimi səciyyələndirib. Azərbaycanın elm və
təhsil sistemi haqqında qonağa məlumat verən nazir
ölkəmizdə alimlərin 50 faizindən çoxunun təhsil
sistemində çalışdığını nəzərə
çatdırıb.
Respublikamızın
dövlət müstəqilliyinin 20-ci ildönümü
haqqında söz açan Misir Mərdanov bu dövrdə
qazanılmış uğurlar, ölkə təhsilinin
keçdiyi inkişaf yolu və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən
bəhs edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Argentina ali məktəblərinə
də tələbə göndərilməsi məsələsinə
baxılmasının mümkünlüyünü
vurğulayan təhsil naziri bugünkü görüşü
gələcək əməkdaşlığın
inkişafı baxımından yüksək dəyərləndirib.
Daha
sonra görüşdə qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
21 oktyabr.- S.3.