"Sabahın
alimləri" müsabiqəsinin keçirilməsi
haqqında
|Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Yuxarı
sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi,
onların müasir tədqiqat metodlarına yiyələnməsi,
bu sahədəki fəaliyyətlərinin
stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə
meyli olan istedadlı şagirdlərin vaxtında aşkara
çıxarılması, ali təhsil müəssisələri
ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin
genişləndirilməsi məqsədi ilə
ƏMR
EDİRƏM:
1.
2012-ci ilin 23-24 fevral
tarixlərində Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən ümumi
təhsil müəssisələrinin IX-XI sinif
şagirdləri tərəfindən yerinə yetirilmiş
tədqiqat layihələrinin "Sabahın alimləri"
adlı müsabiqəsi keçirilsin.
2. Müsabiqənin Təşkilat
Komitəsi təsdiq edilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələrinin
direktorlarına tapşırılsın:
3.1.
Kiçik Akademiyaların fəaliyyətini gücləndirmək
istiqamətində konkret tədbirlər görülsün;
3.2.
Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin
möhkəmlənməsi təmin edilsin;
3.3.
Bir ay müddətində şagirdlərin tədqiqat
mövzuları müəyyənləşdirilsin və müəyyən
edilmiş qaydada qeydiyyatdan keçirilsin.
4. Müsabiqəyə elmi dəstəyin
verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov)
və Sumqayıt Dövlət Universitetinə (N.Qəhrəmanov)
tövsiyə edilsin.
5. Bakı Şəhəri üzrə
Təhsil İdarəsi (N.Rzaquliyeva) və Sumqayıt Şəhər
Təhsil Şöbəsinə (V.Bağırov) ümumi təhsil
müəssisələrinə məlumatların
çatdırılması və müsabiqənin təşkili
ilə bağlı məsələlərin həllində
müvafiq köməklik
göstərilməsi tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm şöbəsinə
(G.Hüseynova) tapşırılsın:
6.1.
"Sabahın alimləri" müsabiqəsinin Əsasnaməsinin
layihəsi, Elmi Ekspertiza Komitəsi
və Münsiflər heyətinin tərkibi haqqında təkliflər
hazırlanıb 5 gün müddətində təsdiqə təqdim
edilsin.
6.2.
Əmrin "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
7. Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinə (S.Məmmədov)
tapşırılsın:
7.1.
Müsabiqəyə texniki dəstək (veb-saytın
yaradılması, yerləşdirilməsi və müvafiq
elektron xidmətlərin göstərilməsi) verilməsi təmin
edilsin.
8.
"Mədəd" təşkilatı tərəfindən
aşağıdakıların həyata keçirilməsi nəzərə
alınsın:
8.1.
Yerlərdə müəllimlərin məlumatlandırılması;
8.2.
Beynəlxalq təşkilatlarla əlaqələrin
saxlanılması.
9. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və
nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov)
əmrin çoxaldılıb yerlərə göndərilməsini
təşkil etsin.
11. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
12 oktyabr 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
21 oktyabr.- S.3.