"Müstəqilliyimiz əbədidir"
müsabiqəsinin yekun konfransı
Oktyabrın
15-də "Hyatt Regency"
otelində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin təşkilatçılığı ilə
"Müstəqilliyimiz əbədidir" adlı müsabiqənin
yekunlarına həsr edilən konfrans keçirilib.
Konfransda müstəqil dövlətimizin
keçdiyi 20 illik tarixi yola nəzər salaraq çıxış edən Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva
bildirib ki, azad və müstəqil yaşamaq,
öz hüququnu
müstəqil şəkildə həyata keçirmək hər
bir xalqın hər bir zaman ən böyük milli sərvəti hesab olunub. Tarix dəfələrlə sübut
edib ki, müstəqilliyi
qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir, çünki
ilk dəfə ötən əsrin əvvəllərində
müstəqilliyi az bir
müddətdə əldə etmiş olsaq da, onu
saxlamaq mümkün
olmadı. İkinci dəfə qazanılan
müstəqilliyin qorunub
saxlanılmasında müstəsna xidməti olan
yeganə insan ulu
öndərimiz Heydər Əliyev oldu. Əgər 1993-cü ildə Heydər
Əliyevi Azərbaycan xalqı təkidlə dəvət etməsəydi,
müstəqilliyimizi itirmiş olardıq. Bu
hadisələr hər il qeyd
olunmaqla, gələcək nəsillərə
çatdırılmalıdır. Bu gün
bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir və Prezidentimizin qeyd etdiyi kimi, biz
ümumi dəyərlərdən
çıxış edərək irəliyə doğru addımlar atırıq. Ümumi dəyərlərimiz demokratiya,
insan hüquqları və qanunun
aliliyinin hökm
sürdüyü şəraitdə inkişaf edir. Bu sahədə Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban
xanım Əliyevanın böyük xidmətləri olduğu
danılmazdı. Ən əsası odur ki, müstəqil dövlətimizin sükanı etibarlı əllərdədir.
Daha sonra
sözünə davam edən N.Rzaquliyeva qeyd etdi ki, ulu
öndərin siyasətini uğurla həyata
keçirən, Azərbaycanı regionun ən
qüdrətli dövlətinə çevirən Prezidentimiz cənab İlham
Əliyevin fəaliyyəti bizdə olan
inamın möhkəmlənməsinə səbəb olmuşdur.
Bir vətəndaş olaraq,
bizim və gənc nəslin əsas vəzifəsi
bu inamı qoruyub saxlamaq və nəsildən-nəsilə
ötürməkdir. Elə bu
məqsədlə də təhsil idarəsi fəaliyyət
proqramına uyğun olaraq
şəhərin ümumtəhsil məktəblərində sentyabr, oktyabr ayları ərzində
minlərlə şagirdin
qatıldığı "Müstəqilliyimiz əbədidir"
adlı müsabiqə keçirib. Əvvəlcə
məktəb mərhələsində keçirilən
işlər, şəhər mərhələsində təsdiq
olundu. Məramı və məqsədi
gənc nəslə müstəqillik tariximizin
şanlı səhifələrini bir daha xatırlatmaq, xalqımızın bu yolda apardığı
mübarizənin əhəmiyyətini aşılamaq,
istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətini
üzə çıxarmaq və inkişaf
etdirmək olan müsabiqə uğurla başa çatdı.
Müsabiqədə
qalib gəlmiş gəncləri təbrik
edən N.Rzaquliyeva dedi
ki, qoy bu
müsabiqə təkcə yaradıcılıq
yarışı yox, həm də Vətənə
məhəbbət simvolu kimi
gənclərimizin yaddaşında yaşasın. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan
müstəqil Azərbaycanımızın sabahı naminə
onlara uğurlar diləyirəm.
Sonra Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümü
ilə əlaqədar təşkil edilən inşa
yazı və bədii qiraət
nominasiyaları üzrə keçirilmiş
müsabiqənin qaliblərinin mükafatlandırılması
mərasimi oldu.
İştirakçı
şagirdlər arasından bədii qiraət nominasiyası
üzrə 12, inşa yazı
nominasiyası üzrə isə 11 nəfər qalib olub. Qaliblər həmin
gün keçirilən konfransda
fəxri fərman və birdəfəlik pul
mükafatları ilə təltif edildilər. Şəhər
turuna vəsiqə alan
iştirakçılara isə sertifikatlar
təqdim edildi. Müsabiqə
qaliblərini Azərbaycan Respublikası Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin
müavini Mirzə Cəfərzadə, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan
Respublikasının əməkdar artisti Ağalar Bayramov, Azərbaycan
Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, "Müstəqilliyimiz əbədidir"
müsabiqəsinin qalibi olan
şagirdlər və şair Əjdər
Ol səmimi-qəlbdən təbrik etdilər,
müstəqil Azərbaycanımıza olan
sevgilərini daha yüksək müstəvidə
nümayiş etdirmək yolunda
onlara uğurlar dilədilər.
Tədbirin
sonunda ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
anlarını əks etdirən film nümayiş etdirildi.
ƏDALƏT
Azərbaycan
müəllimi.- 2011.- 21 oktyabr.- S.7.