Avropa Birliyinin nümayəndələri ADU-da

 

ADU-nun İnformasiya Resurs Kompleksində Avropa Birliyinin ölkəmizdəki nümayəndəsi Roland Kobia və həmin təşkilatın "Şərq tərəfdaşlığı" ölkələri üzrə şöbəsinin müdiri, Azərbaycanla assosiativ saziş üzrə danışıqlarda iştirak edən AB-nin nümayəndə heyətinin rəhbəri Con Krayer universitetin müəllim - tələbə heyəti ilə görüşdü. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev də iştirak edirdilər.

Con Krayer ilk növbədə "Şərq tərəfdaşlığı" üzrə Varşavada keçirilən sammit haqqında ətraflı məlumat verdi. Avropa Birliyinin Azərbaycanla mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq etdiyini bildirən C.Krayer Bakıda Avropa Film Festivalının başlamasını buna nümunə olaraq yüksək qiymətləndirdi. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.9.