Kimya
üzrə Nobel mükafatı
laureatına BDU-nun
fəxri doktoru diplomu təqdim olunub
Bakı Dövlət Universitetində
ABŞ-ın Kaliforniya
Texnologiya İnstitutunun
kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı,
Yaxın və Orta Şərqdə elm müşaviri, Amerika Birləşmiş Ştatlarının
Prezidenti Barak Obamanın
məsləhətçisi Əhməd Həsən Zevayla universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir
keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov
çıxış edərək
qonaq haqqında ətraflı məlumat verib.
Professor Əhməd Zevaylın kimya və fizika sahəsində çoxşaxəli
elmi fəaliyyətlə
məşğul olduğunu
bildirən rektor alimin 1999-cu ildə "Femtosaniyələr texnikasından
istifadə etməklə
kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının
tədqiqi"nə görə
kimya üzrə Nobel mükafatı laureatı adına layiq
görüldüyünü diqqətə çatdırıb.
Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor bu təhsil ocağının 92 illik tarixi ərzində dünya şöhrətli
məzunları, görkəmli
alimləri, beynəlxalq
səviyyədə tanınan
fəxri doktorlarının
olduğunu diqqətə
çatdırıb. Sonra
BDU-nun Elmi Şurasının
8 oktyabr 2011-ci il tarixli iclasının qərarı
elan edilib. Məlum olub ki, Əhməd Zevayl müasir dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrə və
sülhməramlı fəaliyyətinə
görə Bakı Dövlət Universitetinin fəxri
doktoru adına layiq görülür.
Bundan sonra Əhməd Zevayla fəxri
doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub.
Çıxış edən Əhməd
Zevayl BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu
deyib. O, elm və təhsil, müsəlman ölkələrinin
gələcəyi, demokratiya ilə bağlı fikirlərini
bölüşüb, tələbələrin
suallarını cavablandırıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.9.