İlk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
İlk peşə-ixtisas təhsili
müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini
yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının
əsərlərinin, xalq mahnılarının səsləndirilməsi
istiqamətində aparılan işləri daha da
yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri
üzə çıxarmaq məqsədilə
ƏMR
EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr
olunmuş ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri
arasında ifa üzrə II Respublika müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və Təşkilat
Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsi (A.İbrahimov) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov)
müsabiqənin yüksək səviyyədə təşkili
və keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
müsabiqənin respublika mərhələsinin keçirilməsi
ilə bağlı xərclərin
ödənilməsini təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əlavələrlə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və
əlavələrin çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.2.