Respublika
ifa müsabiqəsinin keçirilməsi
barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünün təhsil müəssisələrində
qeyd olunması haqqında" Təhsil Nazirliyinin 10 fevral
2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq
olunmuş tədbirlər planının 5.3 bəndinin
icrasını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü ilə
bağlı məktəblilər arasında vətənpərvərlik
mövzusuna həsr olunmuş ifa üzrə respublika
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, Təşkilat Komitəsi
və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək
səviyyədə təşkili və keçirilməsini təmin
etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
müsabiqənin respublika mərhələsinin keçirilməsi
ilə bağlı müvafiq vəsaitin ayrılmasını
təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əlavələrlə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və
əlavələrin çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.2.