ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirib
Azərbaycan Diplomatik Akademiyasının
(ADA) Kitab Mərkəzi
"Azərbaycan-Latın Amerikası
Gəncləri" İctimai
Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi-mədəniyyətlərarası
dialoq" layihəsinə
start vermişdir.
ADA-nın mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, layihə ispan dilində filmin nümayişindən
ibarətdir.
Tədbir iştirakçılarına
2010-cu ildə "Ən
yaxşı xarici
film" nominasiyasında Oskar mükafatı qazanmış
"Gözlərindəki sirr"
Argentina filmi təqdim
edilmişdir. Rejissoru Xuan Xose Kampanella
olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil və Pablo Rago çəkilmişlər. İspan dilində nümayiş olunan filmin bütün
mətni ingilis dilində subtitrlərlə
verilmişdir.
Filmin nümayişindən
əvvəl ADA Kitab Mərkəzi və ALAG İctimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş
etdiriləcək filmin
süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi gənclərin dil bacarıqlarını və
mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir.
Özünəməxsusluğu
ilə ədəbi ictimaiyyətin görüş
məkanına çevrilmiş
ADA Kitab Mərkəzi
bu il
aprelin 22-dən fəaliyyət
göstərir. Mərkəzin yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə
Azərbaycan, rus və ingilis dillərində kitabları
bütün oxucuların
diqqətini cəlb edir.
Qeyd edək
ki, ALAG İctimai Birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan və portuqal dillərinə mükəmməl
yiyələnmək, Azərbaycan
ilə Latın Amerikası gəncləri
arasında ünsiyyətin
artırılması, ispandilli
ölkələrlə dostluq
əlaqələrinin qurulması
məqsədi ilə fəaliyyət göstərir.
Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.21.