"Narkomaniyaya
yox deyirik"
Bakının
Əmircan qəsəbəsindəki
A.Səfərov adına 114 nömrəli orta
məktəbdə "Narkomaniyaya yox deyirik" adlı tədbir
keçirildi.
Öncə üçrəngli
dövlət bayrağı səhnəyə gətirildi.
Şagirdlərin ifasında Dövlət himni
səsləndi.
Şagirdlərin
hazırladıqları "Zərərli vərdişlər
və cinayətkarlıq" və "Susmuş
vicdan" səhnəcikləri
göstərildi. Səhnələşdirilən tamaşalarda XXI əsrin ən qlobal
problemlərindən olan və "ağ ölüm" milyonlarla
insanın həyatına son qoyan narkomaniyaya düçar olmuş
insanların aqibəti öz əksini
tapmışdı.
Tədbirin
aparıcıları bildirdilər ki, son illərdə narkotiklərin qanunsuz dövriyyədən
çıxarılması ilə bağlı böyük işlər görülsə də,
narkomaniyanın statistikasında gəncləşmə
müşahidə edilir. Əvvələr
narkomanlar 25-35 yaş
arasında olurdularsa, indi bu rəqəm
18 yaşa
enib.
Zərərli
vərdişlərin törətdiyi ağır bəlalardan
danışan məktəbin direktoru Ceyran Novruzova bildirdi ki, problemin
qarşısının alınmasında maarifləndirmə işinin rolu böyükdür.
Məktəbin
şagirdləri yaşıdlarına müraciət etdilər.
Bildirdilər ki, böyüməkdə olan gənc nəsil iradəli və möhkəm
olmalıdır. Bu gün
hər bir Azərbaycan məktəblisi və
gənci pis vərdişlərə meyil göstərməməlidir. Onlar yüksək səviyyədə tərbiyə
olunmalı və savadlı yetişməlidirlər.
Hər
birimiz unutmamalıyıq ki,
vətənimizin olduqca hiyləgər
düşmənləri var. O düşmənlər
torpaqlarımızın 20 faizdən çoxunu
işğal ediblər. Bu
gün qarşımızda duran ən mühüm vəzifə
vətənimizin ərazi bütövlüyünü
bərpa etməkdir.
Tədbirdə
iştirak edən qonaqlar
da çıxış edərək zərərli
vərdişlərin törətdiyi faciələrdən
danışdılar. Gənclərə tövsiyə olundu ki, zərərli vərdişlərdən
həmişə uzaq olsunlar.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.19.