XI siniflər üçün fənn kurikulumuna
müəllim baxışı
Respublikamızın
bütün fəaliyyət sahələrində
olduğu kimi, təhsil
sahəsində də bir çox
islahatlar hazırlanıb həyata keçirilmişdir. Belə ki,
2008-ci ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" qəbul
olunmuş, I-IV siniflər üçün
fənn kurikulumları hazırlanaraq təsdiq olunmuşdur.
2008-2009 -cu dərs ilində bu prosesin təməli qoyuldu. Respublikamızın ümumtəhsil məktəblərində
yeni model ruh yüksəkliyi ilə qarşılandı.
Ölkəmizdə
qabaqcıl dünya təcrübəsini əks
etdirən yeni ümumi
təhsil modelinin tətbiqinə imkan verən V-XI siniflər üçün
yeni fənn kurikulumlarının layihəsi
hazırlandı və pedaqoji
içtimaiyyətin müzakirəsinə verildi.
Bütün pedaqoji
kollektivlər kimi bizim
məktəbdə də bu layihənin
müzakirəsi keçirildi. Azərbaycan
dili və ədəbiyyat fənnindən
dərs deyən bir müəllim kimi məni buradakı bir çox xüsusiyyətlər cəlb etdi. Belə ki, şagirdlər
tam sərbəst şəkildə
müxtəlif kanallardan əldə etdiyi biliyi dərslikdəki
ilə əlaqələndirib, audio-videomateriallar,
İnternet resurslardan
istifadə etməklə qavramanı çox
asanlaşdırırlar.
Ənənəvi təlimdə
şagirdlərin yaradıcılıq qabiliyyətləri
üzə çıxmır, intellektual səviyyəsi
özünü göstərə bilmirdi. Amma yeni kurikulumun
istinad etdiyi təlim texnologiyalarından istifadə şagirdin
bütün bacarığını üzə
çıxarır.
V-XI siniflər üçün Milli
Kurikulum ədəbiyyat fənninin yaradıcı şəkildə
təliminə imkan verir. Ədəbiyyat-tarix-coğrafiya fənləri
arasında əlaqə yaratmaq şagirdin bilik və vərdişlərinin
möhkəmlənməsinə kömək edir. Bu metod
şagirdin müstəqil qərarlar qəbul etməsinə, cəmiyyətin
inkişafının əsas hərəkətverici qüvvəsi
olan insanın formalaşmasına zəmin yaradır.
Bugünkü gənclər müstəqil
Azərbaycanın sabahı və gələcəyidir. Demək
Milli Kurikulum həm də yeni nəslin hərtərəfli
inkişafı deməkdir. Ümummilli liderimiz Heydər Əliyev
"Gənclər bizim gələcəyimizdir" deməklə
məhz hərtərəfli hazırlanan yüksək səviyyəli
mütəxəssisləri nəzərdə tuturdu.
Bütün bu müsbət xüsusiyyətlərinə
görə V-XI siniflərdə
tətbiq olunacaq fənn kurikulumlarını dəstəkləyir
və onun həyata keçirilməsinə
hazırlaşırıq.
Bahar
HÜSEYNOVA
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.19.