"İlk məğlub etdiyim rəqib anam olub"

 

Şahmat üzrə səkkiz yaşlı Azərbaycan çempionu ilə müsahibə

 

Ölkəmizdə idmana idmançılara dövlət tərəfindən yüksək qayğı diqqət göstərilir. Məhz bunun nəticəsi olaraq bu gün yeniyetmə gənclərimiz idmanın müxtəlif növləri ilə ciddi məşğul olurlar. Təsadüfi deyildir ki, ölkəmizə gətirilən medalların sayı ildən-ilə artır, dövlət bayrağımız möhtəşəm qələbələrimizin şərəfinə yüksəklərə qaldırılır. Şahmat üzrə Azərbaycan çempionu Məhəmməd Muradlı da ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda layiqincə qorumaq üçün səylə hazırlaşır. 

 

Səkkiz  yaşlı Məhəmməd Muradlı  idmanı çox sevir.  O, idmanın şahmat növü üzrə məşğul olur. Məhəmməd Azərbaycan çempionudur. 2003-cü ildə Bakıda müəllim ailəsində anadan olan  Məhəmməd Qaradağ rayonunda yerləşən 106 nömrəli orta məktəbin III sinif şagirdidir. Yaşıdlarından qeyri-adi istedadı bacarığı ilə fərqlənən 8 yaşlı Məhəmməd şahmat oynamağa 5-6 yaşlarından başlayıb.  Sonralar valideynləri bu idman növünə həvəsini görüb onu Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat -Dama İdman Məktəbinə qoyurlar. Balaca Məhəmməd idman məktəbində şahmatın sirlərini öyrənməyə başlayır. Onun uğurları da bundan sonra başlayır.

- Məhəmməd,  səndə idmanın şahmat  növünə olan sevgi haradan yarandı ilk qələbəni necə xatırlayırsan?

- Anam şahmatı çox sevir gözəl oynayır.  O, mənim demək olar ki, ilk müəllimim olub.  Boş vaxtlarında  həmişə məni öyrədər, etdiyim səhvləri oyun zamanı deyərdi. Anamla şahmat oynayaraq bu idman növünü həvəslə sevdim ilk sirlərini öyrəndim.  Sonralar təxminən 5-6 yaşlarımda sərbəst şahmat  oynamağa başladım.  Bütün uğurlarıma görə valideynlərimə müəllimimə minnətdaram. İlk məğlub etdiyim rəqib elə anam olub.

- Şahmat oynayanda hansı hissləri keçirirsən?

- Oynamağa başlayanda çalışıram ki, heç bir səhvə yol verməyim. Tələsmədən  düzgün qərarlar vermək istəyirəm. Hər bir rəqib oyunçudan yaxşı nəsə öyrənməyə çalışıram.

- Çempion olanda valideynlərin səni hansı hədiyyər ilə təbrik etdilər?

- Qələbə qazanmaq mənim üçün ən böyük hədiyyədir. Həmişə istəyərdim ki, qəşəng velosipedim olsun,  valideynlərim məni istəyimə qovuşdurdular. Şahmat Federasiyasından isə diplom, qızıl medal videokamera verdilər.

- Güclü rəqiblərlə mübarizə aparmaq azyaşlı Məhəmmədə çətin gəlmir ki?

- Hər bir oyuna hazırlaşanda valideynlərim müəllimim məni ruhlandırır. Heç yadımdan çıxmır, Bakı çempionatında evdəkilər mənə "rəqib səndən güclüdür, ehtiyatlı ol", - dedilər. Həmin yarışda mən yaxşı nəticə əldə edə bilməmişdim.  Çempion olmaq arzusu hər bir idmançı üçün çox vacib hallardan biridir. Bu yolda mübarizə aparmaq lazımdır. Ən böyük arzum Avropa dünya çempionu olmaqdır. Gələcəkdə özümü tanınmış məşhur şahmatçı kimi görmək istəyirəm. 

 

"Yaxşı cəhətlərindən biri həmişə öz üzərində işləməsidir"

 

Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat -Dama İdman Məktəbinin direktoru Natiq  Ələkbərov: -  Azərbaycanın bu gün beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın göstəricisidir. Azərbaycanda bütün sahələrlə yanaşı, idman sahəsinə dövlətimiz tərəfindən göstərilən diqqət qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində dünya ölkələri içərisində öz sözünü deyir. İdmançılarımız dünya arenalarında ölkəmizi layiqli təmsil edirlər. Bu gün Azərbaycanın hər bir bölgəsində müasir standartlara cavab verən idman kompleksləri fəaliyyət göstərir. Xoşbəxt bir xalqıq ki, bizim gənc yeniyetmələrimiz pis vərdişlərə deyil, məhz idmana maraq göstərirlər.

Məhəmməd Muradlı haqqında isə onu deyə bilərəm ki, o, çalışqanlığı, iti zəkası, idmana olan marağı ilə digərlərindən həmişə fərqlənir. O, şahmat məktəbinə qəbul olanda bu idman növü haqqında kifayət qədər anlayışı var idi. Məhəmmədi irəliyə aparan yaxşı cəhətlərindən biri həmişə öz üzərində işləməsidir. O, 2011-ci ildə Azərbaycan çempionu adını qazanmışdır. Məktəbimizdə olan hər bir şahmatçı haqqında rəy vermək çətin olsa da, Məhəmməd haqqında onu demək olar ki, qısa müddət ərzində bu qədər yüksək nəticəni qazanan bir uşağın böyük gələcəyi var. İnanırıq ki, o, ölkəmizin adını həmişə dünya arenalarında uca tutacaq, üçrəngli bayrağımızı zirvələrə ucaldacaq. 

 

"Onunla işləmək rahatdır"

 

Məhəmməd Muradlının qazandığı uğurlarda peşəkar təcrübəli şahmat müəllimi Eldar Musayevin əziyyəti böyükdür. O, yetirməsi haqqında bu fikirdədir.

- Məhəmməd özünə güvənən, prinsipial, nümunəvi  nizam-intizamlı bir oyunçudur. O, güclü yaddaşa malik şahmatçıdır. Onunla işləmək rahatdır, çünki o, boş vaxtlarında öz üzərində çalışmağı çox sevir. Şahmatda böyük məsuliyyət, özünə qarşı tələbkarlıq əzmkarlıq lazımdır. Mən bunların hamısını Məhəmməddə görürəm.  Belə davam eləsə, onu Avropa dünya çempionu kimi görmək mümkün olacaq.  Hər bir müəllim kimi mənim sevincimin hədd-hüdudu yoxdur. Biz ona güvənirik. 

 

Məhəmməd həm dərs əlaçısıdır

 

Bakının Qaradağ rayonunda yerləşən 106 nömrəli orta məktəbin direktoru Süleyman Şıxəliyev Məhəmmədin bütün əxlaqi keyfiyyətləri özündə birləşdirən, nümunəvi bir şagird olduğunu dedi.  Bildirdi ki, o, yaşının az olmasına baxmayaraq, bütün məktəb kollektivinin hörmətini qazanıb. Məhəmməd həm dərs əlaçısıdır. O, bu il üçünçü sinfə keçdi. Bütün fənlərdən "əla" "yaxşı" qiymətlər alır. Müəllimləri həmişə onun güclü hafizəyə, iti zəkaya malik olduğunu söyləyirlər.

 

"Ailəmizin arzusu Məhəmmədi məşhur şahmatçı kimi görməkdir"

 

Atası Seymur Muradov: O, ailədə iki bacısından sonra sonuncu övladdır. Ailəmizin arzusu Məhəmmədi məşhur şahmatçı kimi görməkdir. Məhəmməd idmanın şahmat növü ilə yanaşı, akrobatika ilə məşğul olur. Biz onun əldə etdiyi uğurlara ürəkdən sevinirik.

Öyrəndik ki, Məhəmməd bu il Avropa dünya çemionatlarında iştirak edəcək. İnanırıq ki, o, bu mötəbər yarışlarda xalqımızı layiqli təmsil edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq. Bu şərəfli çətin yolda ona uğurlar arzulayırıq.          

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.- S.24.