"Menecmentin psixologiyası"

  

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun "Menecmentin psixologiyası"  adlı yeni  kitabı işıq üzü görüb. Müəllifin rus dilində qələmə aldığı və Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən ibarətdir. "Menecmentin psixologiyasının əsasları" adlanan birinci fəsildə "Menecmentə giriş", "Menecment psixologiyasının tədqiqat tarixi", "Menecment psixologiyasının əsasları" adlı bölmələr yer alıb. "Menecmentdə insanın mahiyyəti və əhəmiyyəti" adlanan ikinci fəsildə isə "Psixi proseslər və insanın menecment baxımından xüsusiyyətləri" və "Şəxsiyyət" bölmələrindən bəhs edilir.  Nəşrin sonuncu fəsli isə "Menecment psixologiyasının dörd fundamental problemi: motivasiya, liderlik, şəxsiyyətlərarası münasibətlər və kadrların seçilməsi" adlanır. Bu fəsildə "Motivasiya", "Liderlik", "Şəxsiyyətlərarası münasibətlər" və "Kadrların seçilməsi problemi" mövzularına dair dəyərli fikirlər öz əksini tapıb. 

Bu dərs vəsaiti idarəetmənin, menecmentin və fəaliyyət təşkilinin psixoloji əsaslarını öyrənən ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Kitab motivasiya, liderlik, qrup və təşkilatlarda şəxsiyyətlərarası münasibətlər problemləri ilə maraqlananlar üçün böyük dəyərə malikdir.  Vəsaitdə qrup və fərdi fəaliyyətin effektliyi ilə bilavasitə əlaqəsi olan kadr seçimində psixoloji məsələyə, fərdi xüsusiyyətlərin hissiradi keyfiyyətlərin təhlilinə və bir sıra digər amillərə xüsusi önəm verilib.

Professor S.Seyidov 100-ə yaxın elmi əsərin -  monoqrafiya, məqalə və metodik vəsaitin müəllifidir. O, ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Belçikada, Türkiyədə, İsraildə keçirilmiş çoxsaylı konfrans və simpoziumların iştirakçısıdır. 

 

 

Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.- S.23.