"Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda seminar
Sentyabrın 6-da Azərbaycan Dillər
Universitetinin İnformasiya Resurs Kompleksində TEMPUS layihəsi
çərçivəsində "Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində
islahatlar" mövzusunda seminar keçirildi. Seminarda ADU ilə
bərabər Naxçıvan Dövlət Universiteti, Gəncə
Dövlət Universiteti, Lənkəran Dövlət
Universiteti, Böyük Britaniyanın Esseks Universiteti,
Almaniyanın Leypsiq Universiteti, Türkiyənin Hacettepe Universiteti,
İtaliyanın Milan Tərcüməçilik İnstitutunun
və Fransanın Strasburq Universitetinin əməkdaşları da
iştirak edirdilər. Tədbiri giriş sözü ilə
açan ADU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru, dosent Jalə Qəribova iştirakçıların
nəzərinə çatdırdı ki, seminarın əsas
məqsədi dil dərslərinin
keçirilmə mexanizmini müəyyən etmək və tədris planını
hazırlamaqdan ibarətdir. Çıxışlarda da
seminarın əhəmiyyəti vurğulandı.
ADU-nun tədris işləri üzrə
prorektoru, professor Natiq Yusifov
Strasburq və Hacettepe universitetlərinə səfərlər
etdiklərini və onların bakalavr tədris planı ilə
tanış olduqlarını
bildirdi.
Bir neçə gün davam edən
seminarlarda Azərbaycanda tərcümənin tədrisində
islahatlar aparmaq, tədris planlarını, tədris və təlim
prosesini daha da təkmilləşdirmək üçün təhlillər
aparılıb.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 9 sentyabr.- S.21.