Təhsildə
qlobal trendlər
Yeni
dövrdə bilik qazanma anlayışları dəyişir.
Artıq təhsilalanlar təhsilverənlərdən klassik
bilik qazanma metodlarının əvəzində araşdırmaya və
öyrənməyə qabil
dəyərlər tələb edirlər. Dünyanın
dəyişmə sürəti xüsusilə son 20 il ərzində
o qədər artıb ki,
iqtisadi həyatda, sosio-mədəni dəyərlərdə,
elm və texnologiyada və həyatın bütün sahələrində
dinamik dəyişikliklərə şahid oluruq. Bütün
bu dəyişikliklər ali təhsil sektoru, universitet
anlayışı və idarəetmə modellərinə, təhsil
və tədris texnologiyalarına əsaslı surətdə təsir
göstərir. Bütün gələcək
düşüncənin yol xəritəsini müəyyənləşdirəcək
trendləri təsbit etmək üçün təkcə
idarəetmə qurumlarının deyil, həm də
insanların çalışma etika və mentalitetinin dəyişməyə böyük
ehtiyac var. Bu gün əsasını Yaponiya fəlsəfəsində
tapan faydalı və vaxtı qızıl kimi dəyərləndirərək
çalışma anlayışı olan "karoşi" bütün
dünyada qlobal trend olur.
Artıq 7/24 işarəsi həyatımıza çox sürətlə
daxil olub. Cloud computing (bulud kompyutinq) adlandırılan yeni bir
inkişaf trendi insana hansısa
bir çay kənarında, parkda, dağ başında
ağacın altında ofisində olduğu kimi işləmək
imkanı verir. Bir daha qeyd edək ki, təhsil insan cəmiyyətinə
yeni hədəflərə çatmaq üçün bir vaxtlar sinfi mübarizələr tarixində
əsas çağırış olan - iş
saatlarının azaldılması şüarları ilə
inqilabi hərəkat ideyalarından sarsılan kapitalizmin yeni istehsal münasibətləri və
qüvvələri ilə çalışma
anlayışını yenidən təsdiqlədi və bu dəfə
"time management-7/24" çalışmaq fəlsəfəsi
ilə insanları baş-başa buraxdı.
Bəs
müasir dünyada təhsil fəlsəfəsinin gələcək trendləri ilə
bağlı əsas inkişaf meyarları hansılardır?
Bildiyimiz
kimi, yaşadığımız
dövrdə təhsil
insan fəaliyyətinin ən
mühüm sahəsidir və xüsusilə də ali təhsil
sosial və iqtisadi tərəqqinin
ən mühüm faktoruna çevrilib. Bu yanaşma həm də
onunla bağlıdır ki, müasir cəmiyyətin ən
böyük kapitalı və başlıca dəyəri yeni
biliklərə və qeyri-standart
düşüncəyə
sahib olan insandır.
Hələ
XX əsrin 60-cı illərinin
ortalarında bir çox alimlər subyektiv olaraq belə qənaətə
gəlmişdilər ki, bəşəriyyətin
qarşısında duran çoxsaylı kəskin problemləri elm-təhsil həll etməyə
qadir deyil. Burada söhbət təhsilin böhranı
anlayışından, ənənəvi təhsil
metodlarının bu böhranı yaratmasından gedirdi. 1968-ci
ildə məşhur Amerika alimi Kumbs ilk dəfə olaraq təhsilin
həll olunmayan problemlərindən
danışaraq ayrı-ayrı ölkələrdə rast gəlinən
bu problem dalğasının müxtəlif inkişaf səviyyələri
olan ölkələrdə özünü göstərəcəyini
qeyd etmişdir.
Bütün
bu yanaşmalara baxmayaraq, bəşəri
inkişafın təhsillə mümkün olduğu çox
ciddi qəbul edilən bir gerçəklikdir. Təhsil
insanın cəmiyyətdə, ətraf mühitdə və
sosial müstəvidə
uğur qazanmasında, azadlıq, sosial ədalət
ideallarına çatmasında əsas vasitədir.
Ötən əsrdə dünya
iqtisadiyyatdan siyasətə, təhsildən sənətə
qədər hər sahədə yaşanan
elm və texnoloji yeniliklərə səhnə
olmuşdur. Bu tendensiya yaşadığımız yeni
dövrdə xüsusi çalar daşıyır və yeni keyfiyyət istiqamətləri
ilə zənginləşir. "National School Board
"assosiasiyasının
raportuna görə,
*
Dünyanın bilik təməlləri hər 2-3 ildə ikiyə
bölünür.
*
Hər gün 7000 elmi və texniki məqalə
yayınlanır.
*
Sənaye cəmiyyətlərində orta dərəcəli məktəblərdən
məzun olanlar, öz ata-babalarının bütün həyatı
boyunca aldıqları informasiyadan daha artıq informasiya seli ilə
qarşılaşırlar.
*
Gələcək 30 il ərzində baş verəcək yeniliklərin, ötən 300 ildəkindən daha artıq olacağı
proqnozlaşdırılır.
Deməli
qloballaşma ilə ortaya çıxan yeni sənayeləşmə,
sürətli dəyişikliklərin yönləndirdiyi təhsil qlobal çevrədə yeni insan
qaynaqlarının yetişdirilməsini tələb edir. Yüksək rəqabət şəraiti insan
qaynaqlarının ömürboyu təhsilini şərtləndirir.
Yeni imkanlar şəraitində təhsil almağın maliyyə
şərtləri çox yüksəkdir. Belə ki, veb əsaslı
tədris imkanları uzaqdan təhsilin yeni bir çevrəsi olaraq buna sistemli bir cavabdır.
Çünki bu cür təhsil aşağı maliyyə, tədris
mühiti, zaman və məkan baxımından çevik şərtləri ilə
çox əhəmiyyətlidir. Buradan da
göründüyü kimi, yaşadığımız əsrə
damğasını vuran iki böyük inqilab həyat şərtlərimizi
və deməli, təhsilimizin hədəflərini də dəyişir.
Bunlardan biri rəqəmsal, digəri isə genetik
inqilablardır. Rəqəmsal inqilablar informasiya
texnologiyalarından asılılığımızı artırmaqla, eyni zamanda həyatımızın
bütün sahələrində
gələcəyə geniş üfüqlər
açır. Eləcə də genetik inqilablar demoqrafik dəyişikliklərin əsas
səbəbi olur. Bütün bu dəyişikliklər təhsildə
yeni paradiqmaların hansı təməllər üzərində
bərqərar olmasına həm zəmin yaradır, həm də
yeni şərtlər irəli sürür. Bəs bu
paradiqmalar, trendlər hansı müstəvidə
formalaşmalıdır?
Bunları
aşağıdakı şəkildə belə
qruplaşdırmaq olar:
*
Müasir dünyada qlobal trendlər ilə beynəlxalq əmək
bazarının tələblərini izləmək;
*
Alternativ düşüncə, ömürboyu öyrənmə,
onlayn təhsil vərdişlərinə yiyələnmə;
*
Şəffaflıq, hesabatlılıq, bərabərlik və
təhsildə əlyetərlilik.
Düşünürəm
ki, təhsil müasir həyatımızda bu trendlərin hesabına cəmiyyətdə innovativ, yaradıcı təşəbbüsləri
dəstəkləməli, biliyi istifadə etmədə fərq
yarada bilmə bacarığına sahib olmalıdır. Bunun üçün təhsilşünaslar
hesablayıblar ki, yeni yüzillikdə beynin təkcə sol yarımkürəsini inkişaf
etdirmək yetərli deyil. Bildiyimiz kimi, insan beyni iki yarımkürədən ibarətdir.
XX əsr boyunca təhsildə xüsusilə sol beyni, İQ ilə
ölçdüyümüz beyin kütləsini inkişaf
etdirmək hədəflənmişdir. Analiz etmə, rasional
düşünmə, məntiqi təfəkkür daha
çox sol beynin aktivindədir.
Ancaq
XXI əsrdə artıq beynin
sağ yarımkürəsi, yəni hissedən beyin son dərəcə
önəmlidir. Araşdırmalar göstərmişdir ki,
sağ beyin xəyal gücünü, spontanlığı,
sintez etməyi, yaradıcılıq təşəbbüslərini özündə daha işlək
hala gətirən beyin qismidir və bu beyin yarımkürəsi inkişaf etdikcə, sol beyin öz potensialından daha
çox istifadə edir.
Hər
iki beyin yarımkürəsindən
istifadə etmək və
bu fəaliyyəti birgə sinxronlaşdırmaq müasir təhsilin
qarşısında duran ən mühüm məqsədlərdən
biridir. Bununla da sosiumun yeni
kreativ və ya meta bacarıqlara
sahib olması təhsildə əsas hədəflərdən
hesab olunur. Bir daha qeyd edim ki, burada əsas diqqət
özünü idarəetmə və yeni bacarıqların qazanılması prosesinə yönəldilməlidir.
Təhsildə meta bacarıqlar dedikdə öyrənməyi
öyrənmək, özünü idarəetmə - yəni
sosial ünsiyyət vərdişləri kimi keyfiyyətlər
başa düşülür. Bu yanaşmada edukoloqlar
yaşadığımız əsrdə təhsilin əsas
missiyasını dərk etmək
üçün aşağıda
adları qeyd olunan modellər
və oriyentirlər üzərində müzakirələr
aparırlar:
*
Təhsildə proaktiv yanaşma;
*
Problem əsaslı öyrənmə;
* Öyrənən
məktəb modeli, self servis təhsil xidmətləri;
* Postmodern
düşüncə mühiti;
* Beyin təməlli
öyrənmə və sair yanaşmalar.
Təhsil
mütəxəssisləri
artıq indiyədək təhsildə
dəbdə olan əzbərçi
formanın alternativlərinin geniş tətbiq modellərini
təklif edirlər. Deməli, yeni paradiqmaya uyğun olaraq öyrədən və öyrənənlərin
rollarını bu missiyaya uyğun formalaşdırmaq zərurəti
ortaya çıxır. Məşhur Eynşteynin də qeyd etdiyi kimi, "uğur istifadə
etdiyimiz alətlərdə deyil, yanaşmalardadır". Təhsildə bu yanaşmalardan ən önəmlisi
informasiya texnologiyalarıdır.
Son illərdə
dünyada çox sürətli dəyişikliklərin
baş verdiyi, reallaşdırılan yeniliklərin ictimai,
siyasi və iqtisadi sahədə təsirini göstərdiyi
müşahidə olunur. Məsələn, informasiyanın
toplanması, işlənməsi, ötürülməsi,
istifadəsi və yeni informasiya istehsalına yönələn
hər sahədə informasiya və kommunikasiya
texnologiyasında dəyişikliklərin baş verdiyi bir
dövrdə yaşayırıq. Bu dövrün səciyyəvi
xüsusiyyəti, ictimai həyatımızdakı ümumi
ab-havaya uyğun olaraq təhsil anlayışında da bəzi
dəyişiklikləri zəruri edir. Çünki informasiya cəmiyyətinə
çatmaq yolundakı prosesdə informasiya əsaslı dəyişikliklər
insanların təhsildən gözləntilərini də
müxtəlifləşdirərək dəyişdirmişdir.
Ənənəvi təhsil anlayışının kifayət
etmədiyi günümüzdə, bütövlükdə təhsildə
- təhsil proqramlarının məzmununda köklü yeniliklər
və bir sıra dəyişiklikləri hesablamaq bir zərurət olaraq
qarşımıza çıxır.
Qeyd edək
ki, 21-ci əsr ali təhsil sistemi bilik və informasiya
texnologiyalarına bağlı olaraq formalaşmaqdadır. Və
bu yanaşmada "təhsil" yerinə "öyrənmə"
anlayışı ön plana keçir. Təhsil təsirli
bir aktdır. Daha açıq bir ifadə ilə, təhsildən
söz açıldığında bir tərəfin aktiv,
digər tərəfin isə passiv olduğu bir vəziyyət
müzakirə obyektidir. Tarixən ənənəvi təhsil
sistemində tərbiyəvi, passiv vəziyyətdə olan tələbəyə
bilik vermək üsulu əsas
olmuşdur. Halbuki "öyrənmə", fərdin
bilavasitə öz səyləri ilə bilik
qazanmağa çalışmasıdır. Müasir bilik cəmiyyətində
"E-təhsil" (e-learning) olaraq adlandırılan təhsil
metodunda problemə əsaslanan öyrənmə (aktiv təhsil)
demək olar ki, bilik və informasiya texnologiyalarının
köməyilə həyata keçirilir.
Yuxarıda da
ifadə edildiyi kimi, ənənəvi təhsil sistemi tərbiyəvi/öyrədici
mərkəzlidir. Ənənəvi təhsil sistemində təsbit
olunan məqamlardan biri müəllim-tələbə
münasibətlərində qarşılıqlı təsirin
(interactivity) olması zərurətidir. Burada diqqət yetiriləsi
əsas nöqtə bu
interaktivliyin miqyası, keyfiyyətə təsiri nəticəsində mümkün
olacaq öyrənmə aktıdır. Ənənəvi təhsil
sistemində interaktivliyin keyfiyyətinin artırılması
üçün gərəkli multimedia təchizatının
bütün dərsliklər səviyyəsində istifadə
olunmaması əsas problemlərdəndir. Ancaq bilik
çağında bilik və informasiya
texnologiyalarındakı ağlasığmaz inkişaf sayəsində
bilik əldə etmənin asanlaşması və xərclərin
azalması səbəbilə ənənəvi "tərbiyəvi
əsaslı" (instructor based) təhsil sisteminin yerini
çox sürətli bir şəkildə "təhsil əsaslı"
(learned based) e-təhsil sistemi
tutur. Paradiqma artıq öyrədici əsaslı təhsildən
öyrənən əsaslı bir müstəviyə doğru
dəyişir. Öyrənən əsaslı təhsil (learner
based education) olaraq adlandırılan yeni paradiqma virtual təhsil
(virtual education), uzaqdan təhsil (distance education) və ya
qarışıq öyrənmə (blended learning) ilə birlikdə
ənənəvi təhsil sistemində paradiqma dəyişikliyinə
yol açmışdır.
E-təhsil
(e-Learning), texniki bir təriflə, e-öyrənmə;
İnternet, intranet, extranet və ya digər İnternet-əsaslı
texnologiyalar ilə həyata keçirilən sinxronizə (eyni
vaxtda) və asinxronizə (eyni vaxtda olmayan) öyrənmə metodlarına verilən
addır. Daha sadə bir tərif vermək lazım gələrsə,
müxtəlif texnologiyaların (İnternet, intranet kimi
informasiya şəbəkələri, CD-ROM, cib telefonu və
s.) istifadə edilərək bilikləri və öyrətmə
materiallarının istifadəçilərə
çatdırılmasıdır. E-təhsil,
görüntülü və səsli ünsürlərlə
zənginləşdirilmiş öyrənmə
mövzuları və bunları dəstəkləyən
müxtəlif testləri təqdim edə bilən, məsələ
ilə əlaqədar lazımi informasiyanın əldə
edilməsini asanlaşdıra bilən və ən önəmlisi
interaktiv şərait yarada bilən bir öyrənmə
sistemidir.
Kompüterlərin
informasiyanı səsli, görüntülü və mətn əsaslı
təqdim etməsi nəticəsində tələbələr
görərək, eşidərək və oxuyaraq öyrənə
bilirlər. Belə olanda hər öyrənmə qrupuna mənsub
tələbəyə uyğun bilik verilir və klassik sinif
şəraitində
olduğundan daha uzunmüddətli bir öyrənmə həyata
keçirilir.
"Techonomy
- 2010" konfransında çıxış edən Bill Gates gələcək illər ərzində
öyrənmə prosesinin necə olacağına dair öz
proqnozlarını irəli sürərək qeyd etmişdir
ki, "heç bir universitet gələcəkdə tələbələrinə ehtiyac duyduğu tədris qaynaqlarını öyrətməkdə
İnternetlə yarışa
bilməyəcək. Gates universitet təhsilinin gələcək beş il
içində beşqat daha önəmsiz olacağını,
yeni e-təhsil dərs qaynaqlarını gəncləri maarifləndirmədə önəmli
rol qazanacağını bildirmişdir.
Bill Gatesin
fikrincə, e-təhsildə öyrədən və öyrənən
arasındakı ünsiyyət iki yolla aparıla bilər:
Eyni vaxtda
(sinxronizə): Öncədən
müəyyən edilən proqrama görə öyrədənlə
öyrənən İnternet vasitəsi ilə birbaşa
ünsiyyət qurub təhsil fəaliyyətlərini davam etdirə
bilər. Əgər öyrənənlərin sayı bir
neçə olursa, görüntülü konfrans keçirilə
bilər. Hər iki halda da ikitərəfli bir ünsiyyət və
interaktivlik yaranır.
Eyni
zamanlı olmayan (asinxronizə) ünsiyyət: Öyrənənin
öz istədiyi zamanda CD-ROM istifadə etməsi və ya təqdimatçı
tərəfindəki sistemə girməsidir. Hər iki halda da
öncədən hazırlanmış və öz içində
qarşılıqlı təsirlənməsi olan
proqramların izlənə bilməsidir.
Dünya
miqyasında e-təhsilin qət
etdiyi miqyası rəqəmlərin dili ilə qısaca olsa
da ortaya qoymağa
çalışaq. International Data Corporation (IDC) adlı
qurumun verdiyi statistikaya görə, bütün dünyada
peşəiçi təhsil sektorunun rəqəmsal həcmi
2004-cü ilin sonundan etibarən 60 milyard dollara yaxındır
və bunun 6,6 milyard dollarını e-təhsil fəaliyyətləri
təşkil etməkdədir. E-təhsil bazarının
2012-ci ildə 50 milyard dollara çatacağı təxmin
edilir. ABŞ-dakı Phoneix Online Universitetinin
araşdırmasına görə, ümumilikdə e-təhsil
bazarı 2002-ci ildəki 10,3 milyard dollarlıq səviyyəsindən
2006-cı ildə 83,1 milyard dollara çatmışdır.
Ənənəvi təhsil məfhumunu, sənaye
inqilabının ən böyük kəşflərindən
biri olan "fabrik" nişanı təmsil edir. Beləcə
müasir dərketmədə məktəb də fabrik kimi
istehsalçı bir qurum olaraq dərk edilir. Təhsil məfhumunun
ehtiva etdiyi bu yeni "davranışlar nəzəriyyəsi"
qısa zamanda bir sıra davranış modelləri ilə həyata
keçirilmişdir. Fabrik simvolunun müasir məktəbə necə tətbiq
edildiyi aşağıdakı bir nümunə ilə izah
edilir.
"Məktəb
fabrik kimi nəzarət mərkəzində təşkilatlanmış
bir orqan olaraq nəzərdə tutulur. Zəng zamanı, bərabər
bölgüyə ayırır. Təxminən bir saata
yaxın müəllim suallar verir, şagirdlər
cavablandırır, zəng çalınır, kitablar səs-küylü
şəkildə bağlanır. Səs-küylə qarışıq
danışıq və gülüş səsləri sinifləri
və dəhlizləri doldurur, dəqiqələr keçir və
başqa bir zəng çalınır, izdiham
yavaş-yavaş sıraların içinə yayılır,
sonra gülüş və danışıqlar, səssizlik,
"Yadınızdadırsa, keçən dərsimizdə..."
Yeni bir dərs başlamışdır.Təhsilə tətbiq
etməyə çalışılan fabrik
anlayışı, məktəbi əmələ gətirən
komponentlərin (şagird-müəllim-idarəçi)
rollarına da təsir etmişdir. Bu anlayış sinif
içərisində müəllimi usta, şagirdi isə fəhlə
olaraq görməyimizə yol açır. Şagird, təsir
edilən, dinləyən, icazə
verildikdə danışan, həmişə nəzarətdə
saxlanılan və əzbər gücü ilə
ölçülən bir öyrənçi rolunda
çıxış edir. Müəllim isə sinif
adlandırılan müəyyən bir müddət içərisində
və onlara verilən proqram çərçivəsində
informasiya ötürən, əzbər şablonları hazırlayan
və onları ölçən (yəni şagirdlərə
verdiyinin nə qədərini geriyə aldığını)
müəyyən standartların xaricinə çıxa bilməyən
öyrədəndir.
Məktəb
idarəçisi isə iyerarxik bir quruluş içərisində
məktəb idarəetməsinə (müəllim-şagird) nəzarət
edən, bürokratik işləri izləyən, müəllim
və şagirdlərə qarşı məsafəli, bir
çox hallarda yenilik əleyhdarı, dəyişikliyə
müqavimət göstərən, hər şeyi
özünün bildiyini iddia edən və "məktəb"
adlı sistemi təkbaşına idarə etməyə
çalışan məktəbin rəhbəri mövqeyindədir.
Günümüzdə
təhsilə hakim olan "davranışlar nəzəriyyəsinə"
zəmin hazırlayan bu fabrik simvolundan yuxarıdakı rollara əlavə
olaraq bir sıra davranış örnək və nümunələri
meydana gəlmişdir. Bunların demək olar ki, hamısı
bu gün təhsil prosesinin əvəzolunmaz amilləri olaraq
görülən müxtəlif alətlərdir.
"Standartlaşdırılmış ölçmə testləri
və imtahanlar, fabrik silsiləvi istehsalından qaynaqlanan silsilə
istehsal və məhsul sayına bənzər məzun və
daha çox diplom, mərkəzi və iyerarxik məktəb
idarəsi, bürokratik məktəb prosesi, növbəli
sistemdən qaynaqlanaraq dəqiq xətlərlə müəyyən
edilmiş vaxt istifadəsi (məktəb müddəti, dərs
saatları, tənəffüs fasilələri), fərdlər
üçün başqaları tərəfindən düzənlənmiş
dəyişik təhsil növləri, təhsil pillələrinin
kəskin xətlərlə bir-birindən ayrılması müəyyən bir sırada və
nizamda bu mərhələlərdə yüksəlmə, təhsil
proqramlarının konkret cizgilərlə müəyyənləşmiş
olması bunlardan sadəcə bəziləridir".
Türkiyənin
məşhur təhsil tədqiqatçısı İrfan Ərdoğan bu dəyərləndirmələri
dəstəkləyərək bunları irəli
sürmüşdür:
"Mövcud
təhsil paradiqmasının təşkilati quruluşu sənaye
inqilabının izlərini daşıyır. Məktəblər
hələ də sənayeyə əsaslanan cəmiyyətlərin
formalaşması nəticəsində meydana gələn
informasiya və bacarıq ehtiyacını təmin edir. Yəni
məktəblər hələ emalatxana kimi dərk olunmaqda,
bir aparat olaraq görülməkdədir".
Sənaye
tipli quruluş məfhumu təhsil sisteminin idarəvi
quruluşuna da bilavasitə təsir edərək mərkəzi,
bürokratik və ağır işləyən mexanizmlərlə
hörülmüş bir nəzarət-idarəetmə təşkilatı
əmələ gətirmişdir. Təhsildə keyfiyyətin
inkişafı yerinə kəmiyyət göstəriciləri
müvəffəqiyyət sayılmış, məktəblərdə
"öyrətmə" məfhumunun yerini "öyrənmə"
anlayışı almışdır. Fərdə həyat
bacarıqları qazandırma
prosesi olaraq ehtiva edilən təhsil
məfhumu daha dar, məhdud və çərçivəli dəyərlər
anlayışı kimi dərk olunmuşdur. Beləliklə, əsrlər
boyu təhsil-tərbiyə
işində, üzərində daha çox
düşünülən, çalışılan öyrənmək
deyil, öyrətməyə üstünlük verildiyini
görürük.
Sənaye
inqilabının və onun nəticəsində formalaşan,
mexaniki təhsil anlayışının vəzifə və məsuliyyəti
XX əsrin ilk yarısında özünü daha qabarıq
ehtiva edirdi . Fərdlərə oxuma, yazma, hesab öyrətmək,
yurdu, dünyanı tanıtmaq və
onları yaxşı bir vətəndaş olaraq
yetişdirmə vəzifəsini daşıyan təhsil sistemi
yeganə bir model hesab olunurdu. Ancaq 1970-ci ildən sonra təhsil
sadəcə, oxuma, yazma, hesab kimi bəzi təməl sahələrdə
vərdiş əldə etmə, bacarıq qazanma
formasından daha artıq məna
kəsb etməyə başladı. Bunun nəticəsi olaraq təhsil
düşünmə, yaşama zənginliyi təmin etmə hədəfinə
yönəldi. Nəticədə təhsildəki yuxarıda
da bəhs edilən ənənəvi paradiqmaların
sıxışdırılması prosesinə start verildi. Tək
ölçüdən çox ölçüyə
keçən və müxtəlifləşən, informasiya və
düşüncəni əsas alan yeni təhsil paradiqması
aşağıdakı müqayisədə daha aydın bir
şəkildə ifadə olunur.
XX əsr
insanını XXI əsrdə daha böyük dəyişikliklər
gözləyir. Hətta bu dəyişikliklər
keçmişdəkindən elə fərqlənir ki, Gibsonun
ifadə etdiyi kimi, "Son otuz ildəki təcrübələrdən
çıxarılan dərs, heç kimin gələcəyə
avtomatik pilota bağlanmış kimi proqramlanmış bir
şəkildə gedə bilməyəcəyini göstərir".
Təhsildə
gələcəyə yönəlik tələbatlar cədvəlində
də göstərildiyi kimi təhsilin məqsədinə,
öyrənmənin təbiətinə, elmi informasiyanın dəyərinə
dair ortaya çıxan yeni yanaşmalar təhsilin
çağdaş öhdəliklərini zəruri edir. Burada əsas
diqqət ediləcək odur ki, bizim də əhatə
olunduğumuz sənaye cəmiyyətinin təhsil
yanaşması müasir informasiya cəmiyyətinin tələblərindən geri qalır. Bu səbəbdən
inkişaf etmiş ölkələrin təhsil sistemləri, məsələn,
Yaponiyada təhsilin bütün iştirakçıları ilə
birlikdə müzakirə edilir və islahatlar həyata
keçirilir.
Bu məsələdə
İngiltərənin keçmiş baş naziri Bleyerin bir
fikri diqqəti cəlb edir: "İngiltərənin XVIII əsrdə
sərvəti torpaq idi. XIX və XX əsrdə torpağın
yerini fabriklər və sərmayə aldı. XXI əsrdə
isə sərvətimiz insan olacaqdır. İnsan
potensialını sərbəstləşdirməli, istedadlara
vurulmuş zəncirləri qoparmalıyıq".
İnformasiya
toplumunun yeni istehsal şərtləri, ictimai həyatın ənənəvi
anlayışlarını dəyişdirdiyi kimi təhsil
anlayışında da dəyişiklikləri zəruri
etmişdir. Bu prosesdə təhsilin
ümumi hədəfi belə ümumiləşdirilə
bilər: Təhsil- İnsanda fərdi öyrənmə yolu ilə,
zehni imkanlarını inkişaf etdirməsi və dəyişən
mühit şəraitinə uyğunlaşa biləcəyi
informasiya, bacarıq və davranışları hər zaman
yeniləməsi üçün uyğun öyrənmə
mühitinin yaradılması prosesidir.
Cəsarət VALEHLİ
Azərbaycan müəllimi.- 2011.- 9
sentyabr.- S.18.