Ümumi
təhsil sahəsində islahatlar
Mülahizə və
düşüncələrim
Müstəqil Azərbaycanda
son illər təhsil sahəsində geniş islahatlar
aparılır. Bu islahatlar
Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini
daha da təkmilləşdirir,
dünya standartlarına
uyğunlaşdırır.
Heydər ƏLİYEV
Müstəqil
Azərbaycanın ümumi təhsil
sistemində 1999-cu ildən başlanan və
bu günümüzə qədər uğurla davam etdirilən islahatlar pedaqoji prosesin təşkilinə, məktəblərin
idarə olunmasına, müəllimlərin fəaliyyətinə
yeni ruh, yeni ab-hava gətirmişdir. Xüsusilə,
ümumi təhsilin məzmununun
qabaqcıl dünya təcrübəsi nəzərə
alınmaqla müasir ideyalar
zəminində müəyyənləşdirilməsi, məzmunun
təlim nəticələrini əks etdirən dövlət
standartları əsasında qurulması, eləcə də şagird nailiyyətlərinin qiymətləndirilməsi
üzrə təkmil sistemin
yaradılması məktəblərimizdə təhsilin keyfiyyətinin
yüksəlməsinə, müəllimlərin vəzifə
funksiyalarına yaradıcı münasibət bəsləmələrinə,
demokratik təlim-tərbiyə şəraitinin
formalaşmasına ciddi təkan vermişdir. Cəsarətlə
demək olar ki,
hazırda ibtidai siniflərdə
ardıcıl tətbiq edilən fənn kurikulumları və yeni dərslik komplektləri, habelə V-XI
siniflər üçün artıq təsdiq
olunmuş fənn
kurikulumları davamlı surətdə həyata keçirilən
islahatların ən uğurlu nəticələridir.
Əlbəttə,
əldə olunmuş bu
uğurlar gərgin əmək və zəhmət
sayəsində, ən əsası isə Azərbaycan dövlətinin
müntəzəm diqqət və qayğısı, Təhsil
Nazirliyinin təşkilatçılığı
və məqsədyönlü fəaliyyəti nəticəsində
qazanılmışdır.
Heç şübhəsiz, məzmun islahatları
yalnız müvafiq sənədlərin
hazırlanması ilə məhdudlaşmır. Bu, işin bir
tərəfidir. Digər vacib
məsələlər, o cümlədən
müəllimlərin yeni məzmunun tətbiqinə
hazırlanması, müasir kurikulumlar əsasında dərsliklərin nəşri,
mütərəqqi təhsil texnologiyalarının prosesə
gətirilməsi, əlverişli təlim şəraitinin yaradılması ilə
bağlı məsələlər də var idi ki,
Təhsil Nazirliyi bunların həlli
istiqamətində vaxtında təsirli tədbirlər görə
bilmişdir.
Mən
Azərbaycan dili və ədəbiyyat
müəllimi kimi yuxarı siniflərdə
dərs desəm də, islahatyönümlü
proseslər başlanandan bəri baş verən dəyişiklikləri diqqətlə
izləyirəm. Yaxşı xatırlayıram ki,
ilk vaxtlar
islahatların mahiyyətindən irəli gələn yeniliklər,
innovativ ideyalar heç də birmənalı
qarşılanmırdı, ciddi mübahisələr,
fikir ayrılıqları doğururdu.
Bütün bunlar, əlbəttə,
təbii xarakter daşıyırdı, çünki elə bir yenilik yoxdur ki, gündəmə gələn andan hamı tərəfindən qəbul edilsin. Vaxtilə hələ 90-cı illərin
ortalarında təhsilin humanistləşdirilməsi
ideyasından qaynaqlanan məsələlər
müzakirə olunarkən "müəllim-şagird"
münasibətlərinin "subyekt-subyekt"
əməkdaşlığı əsasında qurulması
fikrinə də etiraz edənlər çox idi. Belələri
düşünürdü: necə ola bilər ki, sinifdə
müəllimlə şagird bərabər
hüquqlara malik olsun. Lakin zaman
hər şeyi yerbəyer edir.
Bu gün təhsildə
"subyekt-subyekt" münasibətləri
artıq hamı tərəfindən qəbul olunur,
eləcə də innovasiyalara əsaslanan
islahatlara da əvvəlki
baxışlardan, demək olar ki, əsər-əlamət
qalmamışdır.
Ötən
müddət ərzində baş verən
dəyişikliklər göz önündədir,
neçə ildir ki, biz bunun canlı şahidləriyik.
Müasir fənn kurikulumlarının ibtidai siniflərdə tətbiqinə başlanandan sonra nələr
müşahidə olunmaqdadır? Fikrimcə, ilk
növbədə, bu siniflərdə
öyrətmə və öyrənmə prosesinə
münasibət dəyişmişdir. Şagirdlərin fəallığı
güclənmiş, müstəqilliklərinə geniş imkanlar
açılmışdır. Onlar
düşünməyə, axtarışlara, sərbəst
mülahizə yürütməyə, əməkdaşlıq
etməyə, eləcə də müstəqil şəkildə
problem həll etməyə daha çox sövq olunurlar. Eyni zamanda müəllimlərin
çevikliyi, hər bir
dərsə yaradıcı münasibəti də xeyli artmış, məzmuna görə optimal
forma, üsul və metod axtarışları ön
plana çəkilmişdir.
Əslində,
başqa cür də
ola bilməzdi. Dərindən
diqqət yetirdikdə istər şagirdlərdə, istərsə
də müəllimlərdə müşahidə edilən yeni keyfiyyətlərin məhz təlim nəticələrinin,
məzmun standartlarının mahiyyətindən irəli gəldiyi
açıq-aydın müşahidə olunmaqdadır. Fənn proqramlarında (kurikulumlarda)
məzmun elə müəyyənləşdirilib ki, sinifdə səmərəli təhsil əməkdaşlığı,
fəallıq və çeviklik olmadan, şagirdlər üçün
maraqlı dərs formalarından, üsullardan,
interaktiv metod və
vasitələrdən yerli-yerində istifadə etmədən
qarşıya qoyulan məqsədləri
reallaşdırmaq mümkün deyildir.
İbtidai təhsil üzrə fənn
kurikulumlarının hazırda uğurla tətbiq
edilməsi ümumi orta
və tam orta təhsil
səviyyələrində də bu prosesin məqsədyönlü şəkildə
davam etdiriləcəyinə etibarlı zəmin
yaradır. Bütün fənlərdən, eləcə də tədris etdiyim Azərbaycan dili və
ədəbiyyat fənlərindən təlim nəticələri
sinifdən-sinfə varislik prinsipi
əsasında inkişafyönümlülük
gözlənilməklə müəyyən olunmuşdur,
onların arasında məntiqi bağlılıq
vardır.
Mən
Azərbaycan dili (ana dili) və ədəbiyyat fənn
kurikulumlarını ətraflı öyrənməyə
çalışmışam və onları ənənəvi
tədris proqramları ilə müqayisə etmişəm. Gəldiyim nəticə belədir ki,
həqiqətən də, fənlərin təlim nəticələrinə
əsaslanan standartlar üzərində
qurulması məqsəd aydınlığına, konkretliyə
səbəb olmuş, fənlərin
qarşısında duran vəzifələrə
münasibəti dəyişdirmişdir. Məsələn,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
103 nömrəli 3 iyun 2010-cu il tarixli qərarı ilə
təsdiq edilmiş "Ümumi
təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)" sənədində həm ümumi orta, həm də
tam orta təhsil səviyyələri
üzrə "Ədəbiyyat" fənnindən yekun təlim nəticələrində
şagirdlərin şərhetmə, izahetmə, təhliletmə,
müqayisə, ümumiləşdirmə və
araşdırma aparmaq,
əməkdaşlıq etmək, rəy və mülahizə
bildirmək, dəyərləndirmək
bacarıqlarının, nitq mədəniyyətinin
formalaşdırılması ön plana çəkilmişdir. Fənnin məqsədləri
sırasında sözə, söz sənətinə
həssas münasibət yaradılması, obrazlı təfəkkürün
təşəkkülü də mühüm
yer tutur. Buradan belə
nəticə çıxarmaq olar ki, fənnin tədrisində başlıca məqsəd
ədəbiyyat tarixini,
yazıçıların həyat və
yaradıcılığını, ayrı-ayrı ədəbi-bədii
nümunələri öyrətmək deyil,
bunlardan vasitə kimi
istifadə edərək şagirdlərin dünyagörüşünün
genişlənməsinə, mənəvi aləmlərinin
zənginləşməsinə, ən əsası isə
yuxarıda göstərilən həyati bacarıqların
formalaşmasına nail olmaqdan
ibarətdir. Bu yaxınlarda təsdiq edilmiş
ədəbiyyat fənni kurikulumunda çox dəqiq ifadə olunmuşdur
ki, "Ədəbiyyat həyatı
ümumiləşdirilmiş şəkildə, obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi
şagirdlərin müstəqil həyata hazırlanmasında,
həyati əhəmiyyət kəsb edən bacarıqlara yiyələnməsində
mühüm rol
oynayır. Bədii ədəbiyyatın
"insanşünaslıq", "həyat dərsliyi"
adlandırılması bu fənnin hər
bir şagird-oxucu üçün özünü,
insanı dərk etmək vasitəsi kimi əhəmiyyətini
ifadə edir".
Ədəbiyyat
fənni kurikulumunda diqqətçəkən
məqamlardan biri də şagirdlərdə
mütaliə vərdişlərinin yaradılmasının
ümdə vəzifələrdən biri hesab olunmasıdır. Sirr
deyil ki, son dövrlərdə uşaqlarda
bədii əsər oxumağa meyil əvvəlki vaxtlara
nisbətən bir qədər
azalmışdır. Müxtəlif əyləncələrin,
şou
proqramların, İnternetdən istifadə
imkanlarının artması da buna az təsir göstərmir.
Lakin bütün bunların hamısı birlikdə
bir məzmunlu bədii əsərin uşağa təlqin etdiyi
mənəvi dəyəri heç də əvəz
edə bilməz. Bu mənada fənn kurikulumunun 3 məzmun
xəttindən birincisinin "Ədəbiyyat
və həyat həqiqətləri"
adlandırılması təsadüfi xarakter
daşımır. Ədəbiyyat həyatın güzgüsü olmaqla bərabər,
həm də ibrət dərsləri, tərbiyə məktəbidir.
Yüzlərlə fakt mövcuddur
ki, insanlar bu və ya digər bir bədii əsərin təsir gücü ilə həyat yolunu
dəyişmiş, naqis əməllərdən
uzaqlaşmış, hətta qəhrəmanlıq səviyyəsinə
yüksəlmişlər.
Digər
məzmun xətlərinin ayrı-ayrılıqda "Şifahi nitq" və
"Yazılı nitq"
başlıqları ilə müəyyənləşdirilməsi
də məqsədəuyğun hesab edilməlidir.
Məlumdur
ki, insanın bütöv
şəxsiyyət kimi
formalaşmasını büruzə verən vacib
keyfiyyətlərdən biri də onun aydın, ifadəli və təsirli, məntiqli
şifahi nitqə, savadlı yazı
bacarığına, bir sözlə, nitq mədəniyyətinə malik
olmasıdır.
Bu keyfiyyətlər peşəsindən,
ixtisasından, cəmiyyətdəki mövqeyindən
asılı olmayaraq, hamıda
formalaşmalıdır. Bünövrə isə, təbii ki, uşaq
bağçasından başlamaqla, əsasən,
məktəblərdə yaradılır və sinifdən-sinfə
inkişaf etdirilir. Yeri gəlmişkən, bir
müsbət cəhəti də vurğulamaq
istərdim ki, şagirdlərdə nitq mədəniyyətinin
formalaşdırılması digər fənn
kurikulumlarında da nəzərə
alınmışdır. Bu
kurikulumların hamısı şagirdlərdə zəruri nitq bacarıqlarının, o
cümlədən təqdimetmə, izahetmə, şərhetmə
bacarıqlarının inkişafı üçün
əlverişli zəmin yaradır.
İbtidai təhsil səviyyəsindən
sonra yuxarı siniflərdə fənn
kurikulumlarının tətbiqinə 2012-2013-cü dərs
ilindən V sinifdən etibarən başlanacaqdır. Heç
şübhəsiz, Təhsil Nazirliyi ümumi orta və tam orta təhsil səviyyələrində
çalışan müəllimlərin kurikulumlarla
iş üzrə bacarıqlarının
artırılması və təkmilləşdirilməsi sahəsində
müvafiq tədbirlər həyata
keçirəcək, öyrədici kurslar
və treninqlər təşkil olunacaqdır. Hesab edirəm
ki, öyrədici tədbirlər indidən
başlanmalı və intensiv şəkildə davam
etdirilməlidir. 2012-2013-cü dərs ili ərəfəsində
isə yekun treninqlər keçirilməlidir.
Çünki qarşıdan gələn
dərs ili ərzində öyrədici xarakterli təşkilati işlər
görülməzsə, yalnız bir dəfə
keçirilən 10 günlük kursla bu mühüm
vəzifənin öhdəsindən gəlmək elə də
asan olmaz.
Müasir kurikulumlar
bilavasitə təhsilin keyfiyyətinin
yüksəldilməsinə, ölkə üçün
rəqabətə davamlı, mənəvi cəhətdən yetkin vətəndaşların
formalaşdırılmasına xidmət edir.
Bu nəcib
məqsədin uğurla
reallaşdırılması, ölkəmizdə ümumi təhsilin səmərəli təşkili
istiqamətində məqsədyönlü tədbirlərin həyata
keçirilməsi, ilk növbədə, müasir
tələblərə cavab verən təhsil
infrastrukturun yaradılması dövlətimizin
başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin
daim diqqət mərkəzindədir. Bu diqqət və
qayğı müqabilində təhsilimizin inkişafı üçün
əzmlə çalışmaq, nailiyyətlərin getdikcə
artırılması naminə hər cür
fədakarlığa hazır olmaq bu gün bütün
təhsil işçilərinin həm vəzifə, həm də
vətəndaşlıq borcudur.
Tərlan BAYRAMOVA
Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.-
S.15.