Bakı Dövlət Universitetində Bilik günü keçirilib
Bakı Dövlət Universitetində 15 sentyabr
- Bilik günü münasibətilə tədbir
keçirilib. BDU-nun rektoru, akademik
Abel Məhərrəmov tələbələri,
onların valideynlərini,
müəllim və tədbir iştirakçılarını
Bilik günü münasibətilə təbrik
edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı
Dövlət Universiteti
gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında
bütün təhsil
ocaqlarına örnək
olmuş və bu gün də
örnək olaraq qalmaqdadır. Rektor Abel
Məhərrəmov xüsusi
olaraq qeyd edib ki, dünyada
mövcud olan yüz minədək universitetdən yalnız
19 min 200-ü YUNESKO tərəfindən qəbul edilmiş, onlardan 12 min universitet ali təhsil müəssisələrinin reytinqini
müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının siyahısına
düşmüşdür. Bu günlərdə həmin 12 min universitet arasından dünyanın
ən nüfuzlu 700 universitetinin adı açıqlanmış və
həmin siyahıda Bakı Dövlət Universiteti də yer tutmuşdur. "Əgər nəzərə
alsaq ki, təkcə respublikamızdan
deyil, bütün regiondan yalnız bir neçə universitet bu nüfuzlu siyahıya düşə bilmişdir,
onda sizin məsuliyyətiniz bir qədər də artmış olur. Çünki təkcə universitetimizin
deyil, həm də xalqımızın,
ölkəmizin gələcəyi
sizin əlinizdədir.
Bu gün respublikamızın
iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq
nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir.
Çalışın, sizə
yaradılan şəraitdən
səmərəli istifadə
edərək öncə
özünüzü, sonra
isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü,
sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını
doğruldasınız", - deyə akademik Abel Məhərrəmov bildirib.
Bu il respublika
ali məktəblərinə
qəbul olan tələbələrin hər
8 nəfərindən biri,
yəni 12%-i Bakı Dövlət Universitetinə daxil olmuşdur. Belə gənclərin sayı
3556 nəfərdir. Bu tələbələrdən 318 nəfəri 600-dən yuxarı
bal toplamışdır
və 12 nəfəri
Prezident təqaüdçüsüdür.
Rektor Abel Məhərrəmov
bildirib ki, beynəlxalq aləmdə özünə böyük
hörmət və nüfuz qazanan Prezidentimiz cənab İlham Əliyevin
"Biz iqtisadi potensialımızı
intellekt kapitalına çevirməliyik" devizi
ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı
ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq
reallığa çevrilməkdə,
gerçək həllini
tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin,
hərtərəfli biliklərə
malik vətəndaşların
formalaşması üçün
kifayət qədər
yüksək imkanlar yaradılır. Yüzlərlə
gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi,
təhsil islahatlarının
uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə Azərbaycan
təhsilinin inkişafı
üzrə Milli Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən imzalanması
özünəməxsus təhsil
və tədris ənənələri olan
ölkəmizin işıqlı
gələcəyindən xəbər
verir.
Daha sonra Sosial
elmlər və psixologiya fakültəsinin
dekanı, professor Hikmət
Əlizadə, Prezident
təqaüdünə layiq
görülən tələbə
Elgün Muradbəyli təbrik nitqi ilə çıxış
ediblər. Sonda akademik Abel Məhərrəmov yüksək
bal toplayan gənclərə tələbə
biletlərini, universitetin
tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın
üçrəngli bayraqları
Dövlət himninin sədaları altında yuxarı qaldırılıb.
Azərbaycan müəllimi.- 2011.- 16 sentyabr.- S.5.