Beynəlxalq əlaqələr
genişlənir
2008-ci ildən yeni strukturla fəaliyyətə
başlayan Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu xarici ölkələrin
müvafiq elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın
inkişafını daim diqqət mərkəzində
saxlayır. Bu fəaliyyətin nəticəsidir
ki, qısa müddət ərzində
dünyanın 15-ə qədər ali məktəbi
ilə elm və təhsil sahəsində əməkdaşlığa
dair müqavilələr imzalanmış,
konkret işlər həyata keçirilmişdir.
İnstitutumuzun əsas təşkilatçılığı
ilə son üç
ildə dörd beynəlxalq konfransın
keçirilməsi (“Повышение квалификации педагогических кадров в
условиях глобализации: реалии и перспективы”. Баку, 2008, “Последипломное
педагогическое образование: европейские ориентиры и региональные приоритеты”.
Киев, 2009, “Инновация, качество образования и развитие” Баку, 2010;
“Инновационная образовательная деятельность: региональные аспекты”. Киев, 2011), maliyyə həcminə görə Cənubi
Qafqazda ən böyük
layihə - TEMPUS-RİTSA layihəsində
iştirakımız (Fransanın, Böyük
Britaniyanın, Almaniyanın, İtaliyanın, həmçinin
Azərbaycanın ali məktəbləri
ilə birgə) görülən konkret
işlər sırasındadır.
İvanovsk Vilayət Təhsilin
İnkişafı İnstitutunun rektoru, professor Marina Dmitriyevanın dəvəti və təhsil
naziri, professor Misir Mərdanovun razılığı ilə
institutumuzun rektoru, professor Asəf Zamanov
2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan "İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf" II Beynəlxalq
konfransın təşkili ilə əlaqədar
hazırlıq işlərinin görülməsi, əlavə
təhsilin problemləri və perspektivləri sahəsində
aparılan elmi-tədqiqat işlərinin nəticələrinin
çapı üçün beynəlxalq
elmi-metodik jurnalın konsepsiyasının
hazırlanması (elmi-metodik jurnal Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Ukraynanın müvafiq ali məktəblərinin təsisçiliyi ilə rus
və ingilis dillərində nəşr
ediləcəkdir), əlavə təhsil sisteminin
təkmilləşdirilməsi istiqamətində perspektiv fəaliyyətin müəyyənləşdirilməsi
məqsədi ilə cari ilin
12-16 sentyabr tarixlərində
adıçəkilən institutda ezamiyyədə
olmuşdur. Rektor pedaqoji
kadrların ixtisasartırması sahəsində aparıcı
ali məktəblərdən olan İvanovsk Vilayət Təhsilin
İnkişafı İnstitutunda
aparılan işlərlə tanış olmuş,
innovasiyalarla zəngin ixtisasartırma
kurslarında, xüsusilə rəhbər pedaqoji
kadrlar üçün
kurslarda informasiya-kommunikasiya
texnologiyalarının köməyi ilə
ixtisasartırmanın həyata keçirilməsi prosesini izləmişdir.
Professor Marina
Dmitriyeva və İvanovsk
Vilayət Təhsil Departamentinin I müavini Natalya Sokolova ilə görüşdə təhsil
sahəsində əməkdaşlıq, həmçinin "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" II Beynəlxalq elmi
konfransın təşkili ilə əlaqədar məsələlər
müzakirə olunmuşdur. Pedaqoqların
professional səviyyəsinin yüksəldilməsi,
müasir həyatın tələbinə
uyğun pedaqoji korpusun formalaşması təhsil sisteminin modernləşməsinin zəruri olduğu nəzərə alınaraq əlavə
təhsil sisteminin perspektiv
istiqamətlərinin müəyyənləşdirilməsində
aşağıdakıların həyata keçirilməsi qərara alınmışdır:
pedaqoqların fərdi ixtisasartırma sisteminin
tətbiqi; ümumi təhsilin müasirləşdirilməsi
layihəsi çərçivəsində rəhbər pedaqoji kadrların və kadr
ehtiyatının yenidənhazırlanması; distant
təhsilin bazasının yaradılması və
inkişafı; ölkələrimizin təhsilin
inkişafı strategiyaları layihələri çərçivəsində
pedaqoqların ixtisasının artırılması; təhsil
alanların sağlam və təhlükəsiz
həyat tərzi mədəniyyətinin
formalaşdırılması; peşə əməkdaşlığının
genişləndirilməsi; distant təhsil
texnologiyalarının təhsil prosesinə tətbiqi, həmçinin
ixtisasartırmanın innovativ
formalarının (master klass,
seminarlar, treninqlər, işgüzar
oyunlar, debatlar, brifinq seminarlar, vebinarlar, İnternet-seminarlar,
telekonfranslar) tətbiqi.
Asəf
müəllim həmçinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
edilmiş İvanovo
şəhər 18, 21 və 67
nömrəli, İvankovsk kənd məktəblərində
məktəbin idarə edilməsi və tədris prosesinin təşkili ilə də
tanış olmuşdur. Maraqlı
faktdır ki, 18 nömrəli məktəbdə
təhsil alan 560 şagirdin
43-ü azərbaycanlıdır. Qeyd etmək
yerinə düşər ki, ötən dərs
ilində İvankovsk kənd məktəbinin
1-i qızıl, 3-ü gümüş medala layiq görülmüş
cəmi 10 məzununun hamısı ali məktəblərə
daxil olmuşdur.
Rektor Rusiya
Azərbaycan Konqresinin İvanovsk
Vilayət şöbəsinin rəhbərliyi, həmçinin
fəalları ilə də görüşmüşdür.
Sevinc QULİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.7.