BDU və ADNA arasında əməkdaşlıq
müqaviləsi imzalanıb
Bakı Dövlət Universiteti və Azərbaycan
Dövlət Neft Akademiyası arasında əməkdaşlıq
müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru,
akademik Abel Məhərrəmov və ADNA-nın rektoru, professor Siyavuş Qarayev
imzalayıblar. İki təhsil ocağı arasında uzun illər
əməkdaşlıq edildiyini, lakin bu zamana kimi rəsmiləşdirilmədiyini
deyən akademik Abel Məhərrəmov dövlətin təhsil
və elmə qayğısından danışıb.
Müqavilənin əsas strategiyasının tələbələrin
mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən rektor
deyib ki, qlobal cəmiyyətə inteqrasiya etmədən
öncə daxilə inteqrasiya etmək daha vacibdir. Rektorun
sözlərindən məlum olub ki, müqaviləyə əsasən
Boloniya prosesinə uyğun olaraq tələbələrin
mübadiləsi və kreditlərin alınması, pedaqoji və
elmi işçilərin, doktorantların müvafiq fakültələrdə,
kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin
təşkili, yeni texnika və texnologiyaların mübadiləsi,
qabaqcıl inkişaf metodları sahəsində təcrübə
mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və
konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda tərəflərin birgə
iştirakı nəzərdə tutulub.
ADNA-nın
rektoru, professor Siyavuş Qarayev də müqavilənin əhəmiyyətindən
və perspektivlərindən danışıb. Bildirib ki,
müqaviləyə əsasən BDU-nun və ADNA-nın tələbələri
hər iki ali təhsil ocağında müvafiq ixtisaslar
üzrə oxuyub kredit ala biləcəklər.
Rektorlar sonda qeyd ediblər ki, BDU və
ADNA arasında imzalanan bu müqavilə Azərbaycan elminə,
təhsilinə böyük dəstək və töhfələr
verəcək.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2011.- 23 sentyabr.- S.6.