Böyük
Britaniyanın təhsil ekspertləri ADU-nun rektoru ilə
görüşüb
Sentyabrın 20-də Azərbaycan Dillər
Universitetinin rektoru, millət vəkili, professor Səməd
Seyidov Böyük Britaniyada təhsil üzrə fəaliyyət
göstərən ekspert Ömür Yeginsunu və Londonun Uimbildon
İngilis dili Məktəbinin marketinq meneceri İzabel Klarkla
görüşdü.
Qonaqları salamlayan Səməd Seyidov onları
ADU-da görməkdən məmnun
olduğunu bildirdi. Rektor
universitet rəhbərliyini qonaqlara təqdim etdikdən sonra
Böyük Britaniya ilə mövcud olan əlaqələrdən
söz açdı. ADU-da beynəlxalq münasibətlərin
prioritet təşkil etdiyini bildirən S.Seyidov Böyük
Britaniya universitetlərilə ADU arasında olan əməkdaşlığın
genişləndiyini vurğuladı. ADU-nun Böyük
Britaniyanın Esseks
Universiteti ilə əməkdaşlıq
etdiyini bildirən rektor iki universitet arasında imzalanan
müqavilənin şərtlərindən danışdı.
Rektor ADU-da təhsil alan tələbələrin
I-II kursları bitirdikdən sonra təhsillərini Esseks
Universitetində davam etdirərək ikili diplom
alacaqlarını vurğuladı. Rəhbərlik etdiyi ali təhsil
ocağının xarici əlaqələr sahəsində
seçilən universitet olduğunu diqqətə
çatdıran rektor bir çox ölkələrlə əlaqələrin
günü-gündən artdığını diqqətə
çatdırdı. TEMPUS proqramından danışan Səməd Seyidov ADU-nun TEMPUS layihələrinə
ev sahibliyi etdiyini qeyd etdi və
Avropa Birliyi proqramlarında əməkdaşlıq etməyin
çox vacib olduğunu vurğuladı.
Qonaqlar da, öz növbəsində,
ADU-da olduqlarından məmnun qaldıqlarını bildirdilər.
Londonda təhsilin inkişaf istiqamətlərinin təkmilləşdirilməsi
üzrə ekspert kimi fəaliyyət göstərən
Ömür Yeginsu ADU-nun Esseks
Universiteti ilə əməkdaşlığının vacib
olduğunu söylədi. O, Esseksin Britaniyanın nüfuzlu
universitetlərindən biri olduğunu diqqətə
çatdırdı. Xanım Ömür Yeginsu ikitərəfli
münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın
təkan verdiyini önə çəkdi.
Görüşdə həmçinin gələcək
əməkdaşlığın perspektivləri barəsində
də geniş fikir mübadiləsi aparıldı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.6.