Kanadanın
Ottava şəhərində Azərbaycan dili məktəbi fəaliyyətə
başlayıb
Kanadanın Ottava şəhərində
ilk dəfə olaraq "Qarabağ" adlı Azərbaycan
dili məktəbi fəaliyyətə
başlamışdır.
Azərbaycanın Kanadadakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, yeni məktəb Ottavada
yaşayan həmvətənlərimiz Nigar Əliyeva və
Vüsalə Əhmədovanın təşəbbüsü
ilə təsis edilmişdir. Məktəbdə Azərbaycan
dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən
həyata keçirilir.
Hər həftənin şənbə
günü fəaliyyət göstərən Azərbaycan dili
məktəbinin əsas məqsədi 4-14 yaş arası
uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı,
yetişməkdə olan nəslə xalqımızın adət-ənənələri,
tarixi, ədəbiyyatı və dövlətimizin
atributları haqqında ətraflı məlumatın verilməsindən
ibarətdir.
Azərbaycan
müəllimi.- 2011.- 30 sentyabr.- S.14.