TİMS proqramına dair treninq-seminarlar keçirilir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) sektorunun təşkilatçılığı ilə "TİMS proqramı onun mahiyyəti" mövzusunda treninq-seminarlar keçirilir. Sentyabrın 5-dən başlamış treninq-seminarlar paytaxtın 11 rayonunu əhatə edir. Belə treninq-seminarlardan biri sentyabrın 29-da Bakıdakı 152 nömrəli məktəbdə təşkil olunmuşdur. Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin TİMS sektorunun müdiri Dürdanə Əhədova, Binəqədi rayonunda yerləşən ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri TİMS əlaqələndiriciləri iştirak edirdilər. Treninq-seminarların keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq TİMS proqramının əhəmiyyətini idarə olunmasını iştirakçılara çatdırmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov TİMS proqramının əhəmiyyətindən danışaraq qeyd etdi ki, təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu sahədə BŞTİ-nin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri sektoru mühüm işlər görmüşdür. H.Əsgərov bildirdi ki, TİMS sisteminin yaradılmasında fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək təhsilin keyfiyyətini yüksəltməkdir. Mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün verilənlər bazasında olan məlumatların dürüstlüyü vacib şərtlərdən biridir. TİMS sektorunun əməkdaşları informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq üçün Bakı şəhəri üzrə "TİMS-Məktəb" proqramının idarəetmə strukturunu mütəmadi olaraq təkmilləşdirirlər. H.Əsgərov TİMS sektorunun əməkdaşlarının İKT-nin köməyi ilə təhsil sisteminin informasiyalaşdırılması TİMS bazasına ötürülən məlumatların dəqiqliyinə nəzarətlə bağlı məktəb rəhbərləri ilə keçirilən seminarların müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Tədbirdə çıxış edən BŞTİ-nin TİMS sektorunun müdiri Dürdanə Əhədova proqram haqqında danışaraq bildirdi ki, əməkdaşlar tərəfindən verilənlər bazasında olan materialların monitorinqi aparılmış bütün məlumatlar sənədlərlə ciddi şəkildə yoxlanıldıqdan sonra bazaya daxil ediləcək. D.Əhədova qeyd etdi ki, artıq məktəbəqədər məktəbdənkənar təhsil müəssisələrinin kadrları haqqında məlumatlar da verilənlər bazasına daxil edilmişdir. Hazırda 2011-2012-ci tədris ili üçün TİMS elektron məlumat bazasının dəqiqləşdirilməsi, I sinif şagirdləri haqqında məlumatların əlavə edilməsi, "Əsas orta təhsil kursu" üzrə mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarla bağlı IX XI sinif şagirdlərinin siyahısının yoxlanılması sahəsində işlərə başlanılıb.

TİMS proqramının mahiyyəti haqqında sektorun böyük məsləhətçisi Buludxan İsayev iştirakçılara ətraflı məlumat verdi. İştirakçıları maraqlandıran suallara cavab verən B.İsayev bildirdi ki, məktəblərin bütün hesabat formaları TİMS proqramında cəmləşdirilib.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.14.