Azərbaycan məktəblisi qitə birinciliyinin gümüş medalına sahib oldu

 

Bolqarıstanın Albena şəhərində 8-18 yaşlı oğlan və qızlar  arasında  şahmat üzrə  Avropa çempionatı başa çatıb.  Bu turnirdə ümumilikdə  dünyanın 48 ölkəsindən  1039, Azərbaycandan isə  40 gənc şahmatçı iştirak edib. Şahmatçılar arasında  2 beynəlxalq qrossmeyster, 27 beynəlxalq usta, 65 FİDE ustası və 19 FİDE ustalığına namizəd olub.

Həmin mötəbər yarışda  Azərbaycan şahmatçısı, 287 nömrəli  "Zəkalar" liseyinin şagirdi  Abdulla Qədimbəyli  qitə birinciliyinin gümüş medalına  sahib olub. 10 yaşa qədər oğlanların yarışında  FİDE ustası Abdulla və Yunanıstanın  nümayəndəsi  Yevqenios İoannidis   hərəyə 7 xal toplaya biliblər.  Azərbaycan şahmatçısı əlavə göstəricilər üzrə II yeri qazanıb.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.11.