Uşaqlar sülhə səsləyirlər

 

Sentyabrın 25-də  Bakı SOS Uşaq kəndində Bakcell şirkətinin dəstəyi ilə Beynəlxalq Sülh  Gününə həsr edilmiş "Uşaqlar sülhə səsləyir" adlı  tədbir keçirilib. Bu barədə SOS Uşaq Kəndləri- Azərbaycan Assosiasiyasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rzayevadan aldığımız məlumatda bildirilir. Tədbirdə bir qrup istedadlı rəssam təmənnasız olaraq uşaqlarla bərabər SOS kəndindəki evləri  əlvan rənglərlə  boyayıblar və ərazini  uşaqların zövqünü, qonaqlarınsa gözünü oxşayacaq bir məkana  çeviriblər.

Sonda münsiflər heyəti ən gözəl boyanmış üç  evin sakinlərini mükafatlandırıb. Bundan əlavə, sülh oyunları silsiləsindən mini-futbol  üzrə  icma komandası ilə yarış keçirilib.   Qalib komandaya kubok verilib.

Eyni zamanda burada "Bacarıqlı əllər" dərnəyinin  qızları   öz əl işlərini sərgiləyiblər.  Uşaqlar tətbiqi sənət və idman sahəsində öz bacarıqlarını   nümayiş etdiriblər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.11.