Prezident
mükafatçısı
Son illər çox
sayda müsabiqələrin keçirilməsi,
nəticələrin obyektiv qiymətləndirilməsi
müəllimlərin fəallaşmalarına, onlarda
pedaqoji işə yaradıcı yanaşma meyilinin xeyli artmasına səbəb olmuşdur.
Təbiidir ki, bunun
başlıca səbəblərindən biri
də yeni təlim texnologiyalarının mövcudluğu və onlardan
istifadəyə marağın güclənməsidir.
Redaktoru olduğum "Azərbaycan
dili və ədəbiyyatı tədrisi"
jurnalının redaksiyasına tez-tez istedadlı müəllimlər
gəlir, respublika müsabiqələrində öncül yer
tutmaqda mühüm rol oynayan məqalələr gətirirlər.
Əlbəttə, jurnalımızın bu cür praktik
yazılara ehtiyacı var və ona görə də onların
dərcinə dərhal xeyir-dua veririk.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2010-2011-ci tədris ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qaliblərindən
biri olan və beş min manat pul mükafatına layiq
görülən Şəhla Mirzəyeva iki ildir
jurnalımızda fəal müəlliflik edir. Bu müddətdə
onun "Tədris materiallarının möhkəmləndirilməsi
prosesində interaktiv təlim metodlarından istifadə",
"Bədii üslubda obrazlılığın leksik səviyyədə
təzahürlərinin öyrədilməsi", "Düzəltmə
sifətlərin öyrədilməsində yeni
texnologiyaların rolu", "Epik əsərlərin tədrisində
yeni texnologiyalardan istifadə" adlı məqalələri
işıq üzü görmüşdür. "Azərbaycan
müəllimi", "Bakı təhsili" qəzetlərinin
səhifələrində də onun yazılarına
vaxtaşırı yer verilir. Şəhla Mirzəyeva "Azərbaycan
dili və ədəbiyyatının tədrisində yeni təlim
texnologiyalarından istifadə" adlı kitabın da müəllifidir.
Bakı şəhərindəki 30
nömrəli orta məktəbin müəllimi olan Şəhla
Mirzəyevanın istedadının üzə
çıxarılmasında Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
müəllimi, tanınmış metodist Esmira Cəfərovanın
xidməti danılmazdır. O, bizə Şövkət
Aslanova, Həcər Bəşirova, Sevda Mehdiyeva kimi
yaradıcı müəllimləri də təqdim etmişdir
ki, bunlar artıq öz yazıları ilə həmkarları
arasında tanınır, müxtəlif müsabiqələrdə
fəal iştirak edirlər.
Prezident mükafatçısı Şəhla
Mirzəyeva cəmi 17 ildir müəllimlik peşəsi ilə
məşğuldur. Onun gələcəyi hələ
qabaqdadır. Bir niyyəti də müəllimliklə
yanaşı, elm yollarında addımlamaqdır. Onu yüksək
mükafat münasibətilə ürəkdən təbrik
edir, bütün niyyətlərinə bu cür şərəflə
çatmasını arzulayırıq.
Məhəmməd
BAHARLI
Azərbaycan
müəllimi.- 2011.- 30 sentyabr.- S.6.